Qarabağ Universitetinə 980 nəfər qəbul olub

Qarabağ Universitetinə 980 nəfər qəbul olubQarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.
Bu barədə Qarabağ Universitetindən bildirilib.
Qarabağ Universitetinə 980 nəfər qəbul olubQeyd edilib ki, 2024 – 2025-ci tədris ili üzrə Universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.
I ixtisas qrupunda 6 ixtisas (Riyaziyyat müəllimliyi, Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Kompüter mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb.
Olimpiada qalibi olan 1 abituriyent isə Universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.
II ixtisas qrupunda Universitetə 7 ixtisas (Beynəlxalq ticarət və logistika, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Menecment, Mühasibat, Turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 641,7 balla Maliyyə ixtisasında qeydə alınıb.
Onu da qeyd edək ki, Universitetdə Maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.
III ixtisas qrupunda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisasında qeydə alınıb.
Universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.
IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, nağara, qarmon), Dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), İnstrumental ifaçılıq (fortepiano, violin, klarnet), İnstrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), Vokal sənəti (xanəndəlik), Vokal sənəti (milli vokal)) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.
Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində Universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək. / marja.az

Maraqlı     Tarix: 24 avqust 2024

Oxşar xəbərlər

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi


iqtisadi xeberler leobank kart valyuta xeberleri iqtisadiyyat xeberleri biznes qurmaq