Qarabağda işləyən sahibkarlar üçün – GÜZƏŞTLƏR AÇIQLANDI
Sahibkarlığın İnkişafı Fondunun (SİF) və "Marsol Group"un birgə təşkilatçılığı ilə "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi ilə bağlı görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə "Marsol Group"un üzvü olan biznes nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə icra olunacaq layihələr üçün bank və bank olmayan kredit təşkilatlarından əldə edilən biznes kreditlərinə dövlət zəmanəti verildiyi və faizlərin subsidiyalaşdırıldığı barədə məlumat verilib.
Bildirilib ki, bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndinin 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırıldığı və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində "Elektron kredit və zəmanət" informasiya sistemi təqdim olunub, mexanizmə müraciət prosesi izah edilib. Həmçinin sahibkarları maraqlandıran suallar cavablandırılıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?