"Qazprombank" Azərbaycanın bank sisteminin vəziyyətini qiymətləndirib

"Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank sistemində aparılan stress-testin nəticələrinə görə, hətta mənfi ssenaridə belə kapitalın adekvatlıq əmsalı 2022-ci ildəki 19,3 %-dən bu il 14,9 %-ə enəcək, lakin minimum məqbul səviyyədən təxminən 1,5 dəfə yüksək olaraq qalacaq".
Bunu Rusiya "Qazprombank"ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda Azərbaycanın maliyyə-bank sisteminin nümayəndələri ilə keçirdiyi görüşlərin yekununda deyib.
Onun fikrincə, bank sistemində kapitalın adekvatlığı göstəriciləri "ehtiyat"la qarşılanır: "Sistem əhəmiyyətli banklar kapital adekvatlığının yüksəldilmiş səviyyəsini saxlayırlar - azı 19 % səviyyəsində. Bu da minimum məqbul səviyyədən - 10 %-dən, demək olar, iki dəfə çoxdur. Mərkəzi Bank kapital adekvatlığı normativləri sahəsində qabaqcıl dünya təcrübəsinin tətbiqi üzərində işləməkdə davam edir. Son mərhələ isə "Bazel III" standartlarına keçid olacaq".
G.Xaydarşinanın qeyd etdiyi kimi, Azərbaycanın bank sektoruna 25 bank daxildir (bu yaxınlarda bağlanmış "GünayBank" da nəzərə alınmaqla - red.), onlardan 10-u xarici kapitallıdır (bank sisteminin bütün aktivlərinin təxminən 25 %-i). Bank sektorunun cəmi aktivləri 26,4 milyard ABŞ dollarına və ya ÜDM-in 33 %-nə bərabərdir. Azərbaycanda ümumilikdə 491 bank filialı fəaliyyət göstərir, burada 23 min nəfər çalışır (maliyyə sektorunda işləyənlərin 72 %-i).
"Dövlət bankları bank sisteminin bütün aktivlərinin 19,2 %-ni təşkil edir. Eyni zamanda, xarici bankların Azərbaycan bazara çıxışına heç bir məhdudiyyət yoxdur. Azərbaycanda ən iri dövlət banklarının özəlləşdirilməsi nəzərdə tutulmur. 2022-ci ildə Azərbaycan Prezidenti fərman imzalayıb ki, ona əsasən sistem əhəmiyyətli banklarının özəlləşdirilməsi nəzərdə tutulmur. Eyni zamanda, böhran zamanı bu banklar dövlət dəstəyinin alınmasında prioritetə sahib olacaq", - o deyib.
"Qazprombank" nümayəndəsinin sözlərinə görə, likvid aktivlərin payı təqribən 30 % səviyyəsində əhəmiyyətli olaraq qalır və artmağa meyllidir: "Hüquqi şəxslər tərəfindən nağd pulun çıxarılmasını 30 min manatla məhdudlaşdıran "Nağdsız hesablaşmalar haqqında" Qanun bu göstəricinin yüksək səviyyədə saxlanmasına kömək edir. Minimum məqbul səviyyə 30 % olduğu halda ani likvidlik əmsalı 55 % təşkil edir. Azərbaycanda fəaliyyət göstərən bütün banklar bu tələblərə cavab verir. Bundan əlavə, ölkədə Əmanətlərin Sığortalanması Fondu vasitəsilə əmanətlərin sığortalanması sistemi mövcuddur. Bu sistemə əsasən, vətəndaşların 100 min manatadək əmanəti 100 % kompensasiya edilir".
"Qazprombank"ın baş iqtisadçısı vurğulayıb ki, Azərbaycan banklarının kredit portfeli mülayim templə artır, əhalinin borc yükünün artımını məhdudlaşdırmaq üçün tədbirlər görülür. Belə ki, ilin əvvəlindən bankların kredit portfeli 2 % artıb. Portfelin təxminən 55 %-ni 6,5 ​​milyard ABŞ dollarına çatan biznes kreditləri təşkil edir.
"Daxili tələbatın artması fonunda pərakəndə kreditlər daha yüksək templə artır. İlin əvvəlindən istehlak kreditləri portfeli 3,3 %, o cümlədən ipoteka kreditləri üzrə 4,7 % artıb. Əhalinin borc yükünün tənzimlənməsi məqsədilə kreditlər üzrə ödənişlərin gəlirə nisbəti tətbiq edilib. Bu normativ borcalanın vergilərdən sonrakı gəlirinin 40-50 %-ni təşkil edir".
G.Xaydarşinanın fikrincə, kreditlərin dollarlaşması durmadan azalır və buna makroprudensial tədbirlər kömək edir: "Azərbaycanın müasir tarixində ilk dəfə olaraq kreditlərin dollarlaşması 20 %-dən aşağı düşüb və 19,8 % təşkil edib. Buna 2016-cı ilin may ayından xarici valyutada ipoteka kreditlərinin və digər istehlak kreditlərinin verilməsinə tətbiq edilən qadağa (yalnız borcalanın gəliri kreditin valyutasında ifadə edildiyi halda buna icazə verilir – red.) şərait yaradıb. Görülən tədbirlər nəticəsində xarici valyutada pərakəndə kreditlərin payı 2016-cı ilin yanvarındakı 28 %-dən 6 %-ə enib. Strukturlaşdırılmış məhsullar nəzərə alınmadan xarici valyutada kreditlərin pərakəndə satış portfelində payı 2 %-dən də azdır".
Əhalinin əmanətlərinin dollarlaşmasına toxunan G.Xaydarşina bunun azalmağa meylli olduğunu qeyd edib: "Əhalinin əmanətlərinin dollarlaşması bankların ümumi portfelində xarici valyutada olan kreditlərin payı ilə müqayisədə daha aşağı templə azalır. Mərkəzi Bankın məlumatına görə, əhalinin xarici valyutada əmanətlərinin payı ötən ilin sonundakı 39,2 %-dən bu ilin mart ayında 38,2 %-ə qədər azalaraq, pandemiyanın başlanmasından bəri ən aşağı səviyyəyə çatıb. Aparıcı reytinq agentliklərinin məlumatına görə, əmanətlərin dollarlaşmasında əhəmiyyətli artım Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biridir. Ölkədəki mövcud pul-kredit şərtləri əmanətlərin 40 %-dən aşağı dollarlaşmasını davamlı olaraq saxlamağa kömək edəcək".
Onun sözlərinə görə, bank sistemində kredit portfelinin keyfiyyəti yüksək olaraq qalır: "Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin payı 2016-cı ilin pik səviyyəsindən (21 %) sonra davamlı olaraq azalır və 2022-ci ildə rekord aşağı səviyyəyə çatıb – 3,8 %. Bank sistemində kredit portfelinin keyfiyyətinin yüksəldilməsinə banklarda risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi və borcalanların ödəniş davranışının müsbət dinamikası kömək edib. Düşünürük ki, bu dinamika kreditlərin dollarlaşmasının azaldılması tədbirləri ilə də dəstəklənib".
© Report / marja.az

Banklar     Tarix: 25 may 2023

Oxşar xəbərlər

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin


iqtisadi xeberler kicik biznes valyuta mezennesi investisiya bank faizleri