"PAŞA Bank" illik 10%-dən 1 mln AZN-dək faktorinq krediti təklif edir
Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" yeni təşəbbüslərini davam etdirir.
Belə ki, Bank faktorinq xidmətindən ilk dəfə istifadə edən sahibkarlar üçün xüsusi kampaniya təqdim edir. Kampaniya çərçivəsində sahibkarlar 1 000 000 AZN-dək faktorinq kreditini illik cəmi 10%-dən əldə etmək imkanı qazanırlar.
Yeni təklif bizneslərin dövriyyə kapitalına çevik çıxışını təmin etməklə yanaşı, nağd vəsait çatışmazlığı riskini də minimuma endirir. Kreditin onlayn şəkildə rəsmiləşdirilməsi isə prosesi daha da sürətləndirir - müraciət edən sahibkarların hesabına vəsait 1 iş günü ərzində köçürülür. Xidmətin təqdim etdiyi üstünlüklər:
- Girovsuz və sürətli maliyyələşmə
- Nağd vəsaitə operativ çıxış
- Dövriyyə kapitalının gücləndirilməsi
- Tam onlayn müraciət və şəffaf proses
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.
Qeyd edək ki, "PAŞA Bank" 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız "PAŞA Bank"ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər.
Bank son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. Bu nailiyyətlər "PAŞA Bank"ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.
/ marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Ev şəraitində pul qazanmağın yolları
Biznes təlimlər və tədris üsulları