Bank gecikən kreditə görə müştərinin və yaxud zaminin hesabına blok qoya bilərmi? – HÜQUQ

Bank gecikən kreditə görə müştərinin və yaxud zaminin hesabına blok qoya bilərmi? – HÜQUQİstər-istəməz hər bir kreditorda obyektiv və subyektiv səbəblərdən qısa və uzun müddətli gecikmələri olur. Belə vəziyyətdə isə bank müştəriyə xəbərdarlıq etməklə yanaşı müəyyən addımlar da atır. Və hətta gecikməyə görə hüquqi  və fiziki şəxsin, eləcə də zaminin bank hesabına blok qoyur.
Bəs bankın belə addım atmağa hüquqi əsası varmı?
Suala iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru və maliyyə eksperti Anar Bayramov aydınlıq gətirib. O, açıqlamasında bildirib ki, kredit ödənişini gecikdirən şəxsin bütün hesabları dərhal bloklana bilməz:
"Bu, hamının yanlış bildiyi bir məsələdir. Bank öz qərarı ilə yalnız müştərinin öz bankındakı hesablarına məhdudiyyət qoya bilər. Digər banklarda olan hesablara və kartlara isə toxuna bilməz. Borclu müştərinin digər bankdakı hesabı yalnız məhkəmə qərarı ilə bloklana bilər.
Məhkəmə qərarı olmadan heç bir bank müştərinin digər bankdakı hesabına müdaxilə edə bilməz. Bu ciddi qanun pozuntusudur".
Müştərinin zamininə qarşı bank hansı addımlar ata bilər?
Müsahibimiz bununla bağlı qeyd edib ki, zaminə qarşı atılan istənilən addım ancaq məhkəmə qərarından sonra mümkündür:
"Kredit ödənişi gecikdiyi zaman bank zaminə şifahi xəbərdalıq edə bilər. Amma gecikməyə görə zaminin maaş və pensiya kartını, eləcə də depozitini bloklaya bilməz.
Bu qəti qadağandır. Bununla belə, bankın əməkdaşları bəzi hallarda zamini ödənişə məcbur etmək üçün "hesabınızı da blok edəcəyik" deyir.
Bu, sadəcə psixoloji təzyiqdir. Hüquqi mexanizmi yoxdur. Bankın zaminin hesabına birbaşa müdaxilə etməyə ixtiyarı yoxdur".
Bəs kredit borcuna görə müştərinin maaş kartı bank tərəfindən dondurula bilərmi?
Anar Bayramov bildirib ki, əgər müştərinin maaş kartı kredit götürdüyü banka məxsusdursa və müqavilədə "bank daxili qarşılaşdırma" bəndi varsa, o zaman bu addım atıla bilər:
"Əgər maaş kartı başqa banka məxsusdursa o zaman karta blok qoyula bilməz. Eyni zamanda müştərinin bankda depoziti varsa və müqavilədə xüsusi qeyd varsa, o halda bank onu müvəqqəti dondura bilər. Ancaq başqa bankda olan depozitə toxuna bilməz.
Təəssüf ki, bəzi hallarda banklar borclu müştərinin depozitini və yaxud kartını bağlayırlar. Çünki çox adam hüququnu bilmir. Banklar da insanları "blok" sözü ilə qorxudur. Amma məhkəmə qərarı yoxdursa, blok qanunsuzdur.
Ona görə də hesabına məhkəmə qərarı olmadan blok qoyulan şəxslər ilkin olaraq Mərkəzi Banka onlayn və yaxud yazılı şikayət edə bilər. Əgər icra sənədi yoxdursa, blok dərhal götürülür". / banker.az

Banklar     Tarix: 03 dekabr 2025

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes