"Avtomobil ehtiyat hissələri və təmir xərclərinin bahalaşması icbari sığorta ödənişlərinə təsir edir"
Avtomobil ehtiyat hissələri və təmir xərclərinin bahalaşması icbari sığorta ödənişlərinə ciddi təsir göstərir. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu tarazlığın tənzimlənməsi ilə bağlı hansı çıxış yollarını təklif edir?
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, 2022-ci ilin oktyabrın 1-dən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə haqlar yeni qayda ilə hesablanır.
"Belə ki, baza sığorta haqqı 50 manat olaraq qalır, lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq olunur. Bu risk əmsallar sürücünün yaşı və sürücülük təcrübəsi, avtonəqliyyat vasitəsinin qeydiyyatda olduğu region və onu idarə etmə hüququna malik şəxslərin sayı, mühərrik həcmi, sürücünün hadisə keçmişi və avtonəqliyyat vasitəsinin istismar müddəti ilə bağlıdır", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, avtoicbari sığortada tətbiq edilən bu qayda əsasən ədalətlilik prinsipinin bərpası və yol-nəqliyyat iştirakçıları arasında məsuliyyətliliyin artırılması məqsədi daşıyır. Sığorta ödənişləri ilə bağlı məsələ də aktual mövzulardandır:
"Lakin indiki məqamda avtonəqliyyat vasitəsi sahibləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündən əlavə "Kasko sığorta" məhsulunu da əldə etməklə təminatı genişləndirə bilirlər. Çünki "Kasko sığorta" məhsulu avtonəqliyyat vasitələrinin gövdəsinə dəymiş zərərdən əlavə, həm də vurma-vurulma risklərinə qarşı da təminat verir. Bu zaman avtonəqliyyat vasitələrinə yönəlik daha çox risk təminat altına alınır və nəticə etibarilə avtonəqliyyat vasitəsi tam təminatlı sığortalanmış olur. Hətta avtonəqliyyat vasitəsi sahibləri avtoicbari sığortanı əldə etdikləri zaman cüzi əlavə ödəniş etməklə (yəni qutu-məhsul ilə) təminat məbləğini genişləndirə də bilərlər".
© Azərtac / marja.az

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib
Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb
Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb
Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib
Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb
Aqrar Sığorta 20,5 milyon manat toplayıb, cəmi 1,9 milyon manat ödəyib
Shopify-da necə satışa başlamaq olar?
İlon Mask kimdir?
"Freelance" nədir?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?