Bankların kredit-depozit marjası son illərin maksimumuna qalxıb

Bankların kredit-depozit marjası son illərin maksimumuna qalxıbİlin əvvəlindən bəri Azərbaycan bank sektorunda faiz dinamikası əhəmiyyətli şəkildə dəyişib — depozitlər üzrə gəlirlilik zəiflədiyi halda, kreditlər üzrə faiz yükü artmaqda davam edir. Bunun nəticəsində bankların faiz marjası daha da genişlənib və sektor rekord səviyyədə gəlirlilik nümayiş etdirib. Tənzimləyicinin xəbərdarlığına rəğmən bankların hələ ki, bu strategiyada dəyişikliyə getmək istəmədiyi görünməkdədir.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 11 ayı ərzində manatla yeni cəlb olunmuş müddətli depozitlərin orta faiz dərəcəsi eniş meyli göstərib və noyabr ayında 6.70%-ə qədər düşüb. Halbuki, 2024-cü ilin dekabrında bu göstərici 8.71% təşkil edirdi.
Xarici valyutada depozit dekabrda 3.19% olan göstərici noyabrın əvvəlinə 2.76% səviyyəsinə enib.
Banklar tərəfindən verilmiş kreditlərin orta faizləri isə əksinə, ilin böyük hissəsində yüksələn dinamika ilə seçilib. Manatla kredit faizləri keçən ilin dekabr ayında 17.07% olduğu halda, noyabrda 18.72%-ə yüksəlib. İlin ortalarında 19%-a qədər yüksəlmişdi.
Xarici valyutada kredit faizləri də dalğalı olsa da, xüsusilə mart–aprel aylarında artım müşahidə olunsa da,  ilin sonuna doğru 6.31% səviyyəsində olub.
Beləliklə, milli valyutada kredit və depozit fərqi (spread) cari ilin əvvəlində 8.36 faiz olduğu halda, 1 noyabr tarixində 12.02 faizə yüksəlib. Bu, keçən ilin əvvəlindəki 8.22 faiz səviyyəsini xeyli üstələyir.
Bankların kredit-depozit marjası son illərin maksimumuna qalxıbXatırladaq ki, 2025-ci ilin ilk 10 ayında banklar müştərilərə verilən kreditlərdən 3 milyard 234.6 milyon manat faiz gəliri qarşılığında depozitlər üzrə 1 milyard 52.8 milyon manat faiz xərci ödəyiblər. Bu da o deməkdir ki, 2 mlrd. 181.8 mln. manat xalis faiz gəliri əldə ediblər. Keçən ilin müvafiq dövründə banklar kredit üzrə faizlərdən 2 mlrd. 518.9 mln. manat faiz gəliri, depozitlərdən isə 725.8 mln. manat faiz xərci ödəmişdilər ki, bu da 1 mlrd. 793.1 mln. manat xalis faiz gəliri deməkdir.
Mərkəzi Bankın sədri Taleh Kazımov da ilin əvvəlindəki keçirilən mətbuat-konfransda bu məsələyə toxunmuşdu və təsdiqləmişdi ki, kredit və depozitlər arasında faiz yüksəkdir. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, "aşağı marja, böyük həcm" prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar.
"Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır"- deyə, bankir Kazımov əlavə etmişdi.
İqtisadçı-ekspert Elman Sadıqov bununla bağlı Banker.az-a açıqlamalarının birində hazırda bankların depozit və kredit faizləri arasındakı spredi (fərqi) daraltması imkanları olduğunu və bu imkanlardan faydalanmalı olduğunu demişdi. O, bankların son illərdə yaranmış şəraitdən istifadə edərək demək olar ki, 90%-nin strateji yanaşma tərzində dəyişikliklərə getməli olduqlarını bildirmişdi.

Banklar     Tarix: 03 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes