Qəhvə təhlükədədir - Starbucks çıxış yolu axtarışındadır
İqlim dəyişikliyi qəhvə biznesi və fermerlər üçün böyük təhlükə yaradır.
İş adamı Britaniyanın məşhur kofe şəbəkəsini - AZƏRBAYCANA GƏTİRİR
FED.az xəbər verir ki, Latın Amerikası və Karib hövzəsinə xidmət göstərən bir maliyyə institutu olan "Inter-Amerika İnkişaf Bankı"na (IADB) görə, "Düzgün böyümək üçün qəhvə bitkiləri xüsusi temperatur, işıq və rütubət tələb edir". IADB-nin son hesabatında qeyd edilir ki, hazırda bu şərtlər Latın Amerikasının müəyyən hissələrində, qəhvə "kəməri" adlanan bölgədə əsasən yerinə yetirilir.
Lakin bank xəbərdarlıq edib ki, 2050-ci ilə qədər "temperaturun artması qəhvə yetişdirmək üçün əlverişli ərazini 50%-ə qədər azaldacaq". IADB qeyd edib ki, dəyişən iqlim bəzi ölkələrin yeni qəhvə yerləşdirə biləcəyi anlamına da gələ bilər.
Ancaq qəhvənin indi olduğu yerdə çiçəklənməyə davam etməsi üçün hər şey dəyişməlidir.
Bütün dünya qəhvəsinin təxminən 3%-ni aldığını söyləyən Starbucks, istiləşən planetdə daha yaxşı dayanmaq üçün xüsusi olaraq becərilən yeni "arabica" sortlarını inkişaf etdirir. 10 ildən artıqdır ki, Starbucks-ın aqronomları müxtəlif növ qəhvə ağacları yetişdirir, nisbətən qısa müddətdə yüksək məhsuldarlıqda məhsul verəcək və bir xəstəlik olan qəhvə yarpaqlarının paslanmasına qarşı müqavimət göstərən ağacları tapmağa çalışırlar.
Starbucks hazırda 6 yeni çeşid üzərində işlər aparır. Şirkətin Kosta Rikada təhsil və tədqiqat mərkəzi olan "Hacienda Alsacia" mövcuddur.
Starbucks-ın icraçı vitse-prezident Mişel Börns deyib: "İşlədiyimiz və sınaqdan keçirdiyimiz bəzi növlər məhsulu üç və ya dörd ildə deyil, iki illik dövr ərzində verir. Hər şey yaxşı olarsa, bu, daha tez və daha çox qəhvə demək olacaq. Bu həmçinin Starbucks və onun təchizatçılarının qələbəsi olacaqdır".
Dünyada təxminən 36 000 şöbəsi olan Starbucks, əsasən fermerlərdən asılıdır - 30 ölkədən təxminən 400 000 fermerdən məhsul alır. Onlar, dünyanın digər qəhvə fermerləri ilə birlikdə qlobal istiləşməyə uyğunlaşmaq üçün mübarizə aparırlar.
Təbii ki, qəhvə iqlim dəyişikliyi ilə təhdid edilən yeganə məhsul deyil. Quraqlıq, don və ya güclü yağışlar kakaodan üzümə qədər kənd təsərrüfatı məhsullarının məhsuldarlığını məhv edə bilər. Ekstremal hava isə gözlənilməzdir və fermerlərin bu dəyişiklikləri effektiv şəkildə planlaşdırmasını çətinləşdirir.
Starbucks tərəfindən istifadə edilən yeganə çeşid olan "arabica" qəhvəsi xüsusilə risk altındadır. Professor Miguel Gomez deyib ki, "arabica" qəhvəsi ilə daha çox iqlimə davamlı növlər inkişaf etdirmək üçün "təcili ehtiyac" var. (Marja)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?