Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin imzalanmasını təsdiqləyib
Qırğızıstanın Nazirlər Kabineti "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in imzalanmasını təsdiqləyib.
Qırğızıstan KİV-ləri xəbər verir ki, Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sazişin icrasına cavabdeh olan orqan İqtisadiyyat və Kommersiya Nazirliyi müəyyən edilib. Sənəd ratifikasiya məqsədilə Qırğızıstanın Joqorku Keneşinə göndərilib.
Saziş Qırğızıstan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi nəzərdən keçirilir. Bununla yanaşı, xarici şirkətlərə ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi yolu ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırılmasına şərait yaradır.
Sazişin əsas məqsədləri bir dövlətin rezidentini digər razılığa gələn dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınma və ya Sazişin müddəalarından sui-istifadə hallarının qarşısını almaq və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında Sazişin müddəalarına əməl olunmasını təmin etmək üçün qarşılıqlı məlumat mübadiləsi aparmaqdan ibarətdir.
Sənədin mətnində vurğulanıb ki, Saziş beynəlxalq ikiqat vergitutmanın hüquqi sahəsində yaranan ümumi problemlərin və vəzifələrin həllində vahid formadır. Vergi qanunvericiliyi sahəsində Qırğızıstanla Azərbaycan arasında münasibətlərdə ümumi yanaşmanı inkişaf etdirməyə imkan verir.
Qeyd olunub ki, Saziş Qırğız Respublikasında ticarət dövriyyəsinin və Azərbaycan investisiyalarının həcminin artırılmasına kömək edəcək.
Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,4 milyon ABŞ dolları, Qırğızıstanın Azərbaycana yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon ABŞ dolları təşkil edir.
Azərbaycanda qeydiyyatdan keçmiş Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10