Qızılın qiyməti 1 710 ABŞ dollarını ötüb
Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 1 710 ABŞ dollarını ötüb. Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) gələn həftə keçiriləcək iclasını gözləyirlər.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0,05 % və ya 0,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 714,2 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,18 % artaraq 1 unsiyası 18,685 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi 0,4 % düşərək 107 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.
Gələn həftə FES-in növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5 %-ə çatdırılacaq.

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
İKEA şirkətinin tarixi
Necə Bitcoin almaq olar?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznesə aid ən yaxşı 10 kitab