Qızılın qiyməti artıb
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının yaxınlaşması fonunda qızıl bir qədər bahalaşıb.
"Report" xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0,07% və ya 1,15 dollar bahalaşaraq 1 unsiyası 1 720,15 dollara satılıb.
Gümüşün sentyabr fyuçerslərinin qiyməti də 0,4% artaraq 1 unsiyası 18,402 dollar təşkil edib.
"ABC Refinery" şirkətinin Peşəkar İnvestor Bazarları üzrə rəhbəri Nikolas Frappelin sözlərinə görə, treyderlər FES-in qərarını açıqlamasını gözləyirlər. Proqnozlara əsasən, Federal Ehtiyatlar Sistemi uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artıracaq. Bu isə dolların məzənnəsinə və nəticə etibarı ilə qızılın qiymətinə təsir göstərə bilər.
Xatırladaq ki, ötən həftə bu qiymətli metalın dəyəri 1,4% bahalaşıb. N.Frappel deyir ki, buna dolların zəifləməsi səbəb olub.
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c