Qızılın qiyməti düşüb
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) ikigünlük iclasının yekunlarının gözlənildiyi bir zamanda qızılın qiymətində cüzi eniş qeydə alınıb.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0, 31%, yaxud 5,4 dollar ucuzlaşaraq 1 unsiyası 1 722 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,99% düşərək 1 unsiyası 18,433 dollar təşkil edib.
Çərşənbə günü FES-in qərarı açıqlanacaq. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılacaq.
ABŞ-da monetar siyasətin sərtləşdirilməsi dollar üçün müsbət hal hesab olunur. Analitiklər hesab edirlər ki, iyul ayında qızılın qiyməti ABŞ dollarının məzənnəsinə əks dinamikada inkişaf edəcək.
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c