Qlobal bazarlarda mənfi tendensiya müşahidə olunur

Qlobal bazarlarda mənfi tendensiya müşahidə olunurQlobal bazarlar ABŞ Prezidenti Donald Trampın yeni tarif açıqlamaları və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi prosesi ilə bağlı qeyri-müəyyənliklər səbəbindən mənfi istiqamətdədir.

Biznes.az xəbər verir ki, ABŞ prezidenti Tramp oktyabrın 1-dən idxal edilən dərman vasitələrinə, mətbəx və vanna otağı şkaflarına, yumşaq mebellərə və ağır yük maşınlarına tətbiq olunacaq tarif dərəcələrini açıqlayıb.

Güclü istehlak xərcləri və investisiyalar hesabına ABŞ iqtisadiyyatı ikinci rübdə gözləntiləri üstələyərək 3,8% böyüyüb. Bu, ölkənin 2023-cü ilin üçüncü rübündən bəri ən güclü artım göstəricisini qeyd edib.
Fed qərar qəbul edərkən inflyasiya və məşğulluq məlumatlarını əsas göstəricilər kimi nəzərdən keçirir. Pul bazarı qiymətlərində məşğulluğun azalmasına işarə edən məlumatlarla bir müddətdir gücləndirilmiş FED-in faiz endirimi gözləntiləri, dünənki güclü artım məlumatlarından sonra zəifləyib.

Oktyabr ayında bankın faiz dərəcələrini 25 baza bəndi azaldacağına dair 87% ehtimalı olduğu halda, dünənki artım məlumatlarının açıqlanmasından sonra dekabr iclasında faiz endirimi ehtimalı 58%-ə düşüb.

Bundan əlavə, investorlar Fed-in inflyasiya göstəricisi hesab etdiyi avqustun şəxsi istehlak xərcləri məlumatlarına diqqət yetirirlər.
Prezident Trampın yeni təyin etdiyi FED İdarə Heyətinin üzvü Stiven Miran bildirib ki, mərkəzi bank faiz dərəcələrini sürətlə aşağı sala bilməsə, iqtisadiyyata zərər vurmaq riski var.

Fed-in Nəzarət üzrə vitse-prezidenti Mişel Bowman da əmək bazarı məlumatlarının gözlənildiyindən "daha kövrək" mənzərə təqdim etdiyini, inflyasiyanın isə hədəf aralığında qaldığını bildirib.

Xəbərlər     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitcoin dollar manat kursu valyuta mezennesi biznes ideyalari