Qlobal bazarlarda son vəiyyət - GÜNƏ BAXIŞ
Ötən gün ərzində dollar major valyutalar qarşısında ucuzlaşsa da, gün sonuna doğru öz mövqelərindən bir qədər bərpa edə bildi. USDJPY valyuta cütlüyü Yaponiyada həftəsonu baş tutan seçkilər fonunda 3 ayın maksimum həddinə qədər qalxdı. Qızılın qiyməti bir neçə gün qabaq təyin edilən yeni tarixi rekordu təkrarladı. Neftin qiyməti isə oktyabr ayının əvvəlindən bəri ən aşağı səviyyəyə enib.
Yaponiyanın hakim koalisiyasının həftəsonu keçirilən seçkilərdə parlament çoxluğunu itirməsinin gələcək faiz dərəcəsi artımlarını daha da yavaşlatacağına dair proqnozlar fonunda yen bazar ertəsi üç aylıq minimuma endi. Eyni zamanda, dollar indeksi zəifləyir, lakin, 2022-ci ilin aprelindən bəri ən yaxşı aylıq nəticəni göstərə bilər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Oktyabrın əvvəlindən bəri Yapon yeni 6.4% dəyər itirib ki, bu da G10-un digər valyutalarından çoxdur. Ekspertlərin fikrincə, seçkilər nəticəsində formalaşacaq Nazirlər Kabineti faiz artımını həyata keçirmək üçün çox güman ki, kifayət qədər siyasi nüfuza malik olmayacaq. Qeyd etmək lazımdır ki, Yaponiya Bankı bu həftə iclas keçirəcək.
Dünən 2737$ səviyyəsinə qədər ucuzlaşan qızıl, bugün səhər bir daha 2757$ tarixi rekord həddə qədər bahalaşıb. "Brent" markalı neftin qiyməti isə 1 oktyabr tarixindən bəri ilk dəfə bir barrel üçün 71.4$ səviyyəsinə qədər ucuzlaşıb.
Bugün ABŞ-da dərc olunacaq "CB" İstehlakçıların İnam İndeksi və ölkənin əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) göstəricisi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın Ticarət Saldosu dərc olunacaq.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Bitcoin nədir?
5 liderlik göstəricisi
Onlayn biznes ideyaları
Dünyanın ən varlı 10 adamı
İban nədir?