Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətAğ Ev və Respublikaçıların nümayəndələri borc limiti ilə bağlı danışıqlar üçün dünən yenidən bir araya gəlsə də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin MakKarti gürüşdən sonra mətbuat konfransında bəzi məsələlərdə hələ də uzlaşmadan uzaq olduqlarını bildirərək, xərclərlə bağlı fikir ayrılıqlarına diqqət çəkib.
Bu gün danışıqların davam etdiriləcəyini, müzakirələrdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirən MakKarti borc limiti ilə bağlı razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
ABŞ prezidenti Co Baydenə vergiləri artırmayacaqlarını söylədiklərini ifadə edən MakKarti, danışıqlarda bir çox məqamda güzəştə getdiklərini müdafiə etdi.
MakKarti daha sonra verdiyi açıqlamada danışıqların davam etdiyini və "işlərin bir az yaxşılaşdığını" söylədi.
ABŞ Maliyyə Naziri Janet Yellen isə borc limitinin artırılması ilə bağlı xəbərdarlıqlarını təkrar edərək, defoltdan qaçmaq üçün razılaşmanın tezliklə əldə olunmasının vacibliyini vurğulayıb.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən 2-3 may tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokolları, bəzi FED rəsmilərinin daha çox faiz artımına ehtiyac duya biləcəyini, digərlərinin isə buna razı olmadığını ortaya qoydu.
Protokollarda o da bildirilib ki, bir çox məmur maliyyə sistemində və ümumilikdə iqtisadiyyatda ciddi risklərin qarşısını almaq üçün borc limitinin vaxtında artırılmasının vacibliyini qeyd ediblər.
FED idarə heyətinin üzvü Kristofer Uoller qeyd edib ki, iyun toplantısında faiz artırıb-artmamaq qərarı gələcək üç həftənin məlumatlarından asılı olacaq.
Ueller, risklərin ehtiyatla idarə edilməsi gərəkdiyi üçün iyun iclasında faiz artımının ertələnəi, lakin gələn inflyasiya məlumatlarına əsasən iyul ayında növbəti artıma gedilə biləcəyini bildirib.
İnflyasiyanın 2 faizlik hədəfə doğru getdiyinə dair açıq-aşkar dəlillər olmadığı halda faiz artımının dayandırılmasını dəstəkləmədiyini qeyd edən Uoller, inflyasiyada irəliləyiş olmamasından narahatlığını dilə gətirib.
Bu gün isə Almaniyada və Amerikada açıqlanacaq Ümumdaxili Məhsulun Həcminə dair göstəricilər birjalarda ciddi olaraq izləniləcək. Həmçinin ABŞ-da işsizlik müavinatı üçün müraciətlərin sayı və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq.
Amerikada günü-gündən artan defolt qorxularının "cash" dollara tələbi artırması fonunda qızıl ucuzlaşsa da, artan resessiya ehtimalları "güvənli liman"a tələbin artmasına səbəb olub. Odur ki, qızılın 4 saatlıq qrafikinə nəzər yetirdikdə, eniş tendensiyasının divergensiya ilə müşahidə edildiyini görərik. Qiymətli metalın bir unsiya üzrə qiyməti 2000$ səviyyəsindəki psixoloji müqavimət həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası yenidən bəpa oluna bilər.
Məlumat İnvestAz İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler dollar kursu internetden pul qazanmaq valyuta kurslari valyuta mezennesi