Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətÇərşənbə axşamı ABŞ-ın müsbət inflyasiya hesabatı, Federal Ehtiyatlar Sisteminin iqtisadiyyata mənfi təsir göstərmədən istehlak qiymətlərini effektiv şəkildə idarə edə biləcəyinə inamı gücləndirdi. Şərtlərin nə çox "isti", nə də çox "soyuq" olmadığı bu "Goldilocks" ssenarisi həm səhmlər, həm də istiqrazlar üçün faydalı olaraq görülür.
Səhm bazarı FED-in 2022-ci ilin əvvəlindən bazar dəyişkənliyinə səbəb olan əlavə faiz artımlarını həyata keçirməyəcəyi ehtimalları fonunda qeyri-sabit bir dövrdən sonra noyabr ayında əhəmiyyətli dərəcədə yüksəldi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Çərşənbə axşamı açıqlanan inflyasiya məlumatları bu perspektivi gücləndirdi. İstehlak qiymətləri oktyabr ayında bir ildən çox müddətdə ilk dəfə olaraq aylıq müqayisədə dəyişməyərək sabit qaldı, analitiklərin proqnozlaşdırdığından daha yumşaq bir nəticə göstərdi. Eyni zamanda, daha sərt pul-kredit siyasətinin iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər verdiyinə dair faktların olmaması da qiymətlərin iqtisadi inkişaf tempinə mane olmadan "soyumağa" davam edə biləcəyi fikrini dəstəkləyir.
Məlumatlar fond birjalarında güclü ralliyə səbəb oldu. "S&P 500" indeksi aprelin sonundan bəri ən böyük günlük qazancını əldə edərək 1.9% yüksəldi. İndeks oktyabr ayındakı minimumlarından bəri 9% dəyər qazanıb. İstiqraz qiymətləri ilə mənfi korellarisyada olan ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi keçən ay test etdiyi 16 ilin ən yüksək göstəricisindən 50 bənddən çox azalaraq, sentyabrın sonundan bəri ən aşağı nöqtəyə çatıb.
Çərşənbə axşamı günü inflyasiya hesabatından sonra investorlar FED-in hesabatdan əvvəl proqnozlaşdırılan 75 bəndlik faiz endrimi əvəzinə 2024-cü ildə faiz dərəcələrini təxminən 100 baza bəndi azaldacağını ehtimal edirlər.
Bu, məlumatların yayımlanmasından əvvəlki proqnozlara uyğundur. "BofA Global Research"-in çərşənbə axşamı dərc olunan aylıq sorğusuna görə, fond idarəçilərinin 76%-i FED-in faiz artımı dövrünü tamamladığına inanır, oktyabrda isə bu nisbət 60% idi. Bu, sorğunun may ayında bu problemi izləməyə başlamasından bəri ən yüksək göstəricidir.
Bu səbəbdən də ABŞ-da hətta ehtimalların belə altında açıqlanan inflyasiya göstəricilərindən sonra Dollar indeksi (DXY) 104 bənd hədlərinə qədər gerilədi. Dolların kəskin ucuzlaşması fonunda major valyutalar dollar qarşısında sürətlə bahalaşdılar. Belə ki, EURUSD 1.0886, GBPUSD 1.2500 hədlərinə kimi bahalaşdı, USDJPY 150.14, USDCHF 0.8880 hədlərinə kimi dəyər itirdi. Qızıl isə (XAUUSD) 1970.80$ həddini test etdikdən sonr bir qədər geriləyərək günlük şşamı 1963$ səviyyəsində bağladı.
Lakin qeyd etmək lazımdır ki, bəzi investorlar inflyasiya meylləri ilə bağlı ehtiyatlı davranmağa davam edirlər.
Keçən həftə FED sədri Cerom Pavel xəbərdarlıq etmişdi ki, mərkəzi bank rəsmiləri faiz dərəcələrinin inflyasiya ilə effektiv mübarizə aparmaq üçün kifayət qədər yüksək olduğuna inanmırlar. Bu isə, bir qisim invetorların FED-in ilsonuna kimi daha bir dəfə faiz artıra biləcəyi düşüncələrində qalmasına səbəb olur.
Bu gün isə Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Pərakəndə Satış Dövriyyəsinin həcmi kimi önəmli iqtisadi göstəricilər birjalarda tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler leobank kart telefonla pul qazanmaq bitcoin biznes qurmaq