Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən qlobal tariflərin qanunsuz hesab edilməsi və Federal Ticarət Məhkəməsi tərəfindən bloklanması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. EUR/USD valyuta cütlüyü 1.12970 səviyyəsindən 1.12100 səviyyəsinə qədər geriləyib. Eyni dövr ərzində GBP/USD məzənnəsi 1.34700 həddindən 1.34150 həddinə kimi ucuzlaşıb. Qızıl dolların bahalaşması ilə zəifləyib və 20 may tarixindən etibarək ilk dəfə 3245$ səviyyəsinə qədər enib. 
Verilən məlumata əsasən, Nyu-Yorkda yerləşən ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsinin üç hakimdən ibarət heyəti tariflərin qanunsuz olması qərarını qəbul edib və bu qərarla Trampın fövqəladə vəziyyət qanununu haqsız şəkildə tarifləri əsaslandırmaq üçün tətbiq etdiyini bildirən bir sıra iddiaları dəstəkləyib.
Ekspertlər qeyd edir ki, Tramp "ABŞ-ın ticarət siyasətini öz istəklərinə tabe edib". Onlar vurğulayır ki, prezident "tariflərdən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edərək digər ölkələri ABŞ üçün sərfəli sazişlər imzalamağa məcbur etməyə çalışır və əgər şərtlər onu qane etməzsə, sadəcə tariflər tətbiq edəcəyini bildirir.
Ötən gün Federal Açıq Bazar Komitəsinin (FOMC) dərc olunmuş hesabatında, Federal Ehtiyatlar Sisteminin (FED) numayəndələri inflyasiyanın işsizliklə paralel olaraq artmağa davam edəcəyi təqdirdə, çətin seçim qarşısında qala biləcəklərini qeyd ediblər. Belə vəziyyətdə onlar prioritetləri müəyyənləşdirərək qərar verməli olacaqlar — yüksək inflyasiyaya qarşı mübarizə aparmaq üçün faiz dərəcələrini artırmaq, yoxsa maksimum məşğulluğu təmin etmək və iqtisadi artımı stimullaşdırmaq üçün onları azaltmaq. Eyni zamanda, iclas iştirakçıları razılaşıblar ki, hazırda ABŞ-da iqtisadi artım və əmək bazarı davamlılıq nümayiş etdirir, baxmayaraq ki, gələcəyə dair proqnoz daha qeyri-müəyyən olub.
"Brent" markalı neftin bir barel üçün qiyməti ticarət gününün əvvəlində kəskin olaraq bahalaşıb. Ötən gün tiarət sessiyasını 64.25$ səviyyəsində bitirən "qara qızıl", bugün 65$-dan ticarət olunmağa başlayıb və 65.20$-a qədər də bahalaşıb. Amerika Neft İnstitutunun (API) açıqlamasına görə, ABŞ-da ötən həftə kommersiya məqsədli xam neft ehtiyatları 4.24 milyon barel azalıb. Bir həftə əvvəl isə qeyd olunan göstərici 2.5 milyon barel artmışdı. 
"OPEC+" ölkələrinin nazirləri isə 39-cu görüşdə daha əvvəl qəbul edilmiş qərarları, o cümlədən 2026-cı ilin sonuna qədər olan neft hasilatı səviyyələri ilə bağlı razılaşmaları təsdiqləyiblər. Şənbə günü isə gündəlik 2.2 milyon barrel həcmində könüllü hasilat azaldılmasına razılaşmış səkkiz "OPEC+" ölkəsinin nazirlərinin ayrıca görüşü baş tutacaq. Bu görüşdə iyul ayında ardıcıl üçüncü dəfə hasilatın 411 min barrel artırılması imkanının müzakirə olunacağı gözlənilir.
Bugün bazar iştirakçılarının diqqət mərkəzində ABŞ-da açıqlanacaq ÜDM olacaq. Həmçinin, Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Şəxsi Xərclərin Qiymət İndeksi göstəriciləri investorlar tərəfindən maraqla gözlənilən xəbərlərdir.
Məlumatİnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 31 may 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya kicik biznes