Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətABŞ prezidenti Donald Tramp və "Tesla" şirkətinin rəhbəri Elon Mask arasında yaranan münaqişə, həmçinin, ABŞ və Çin arasında London görüşlərinin keçirilməsi fonunda beynəlxalq birjalarda ötən həftənin sonu və cari həftənin əvvəli yüksək volatillik müşahidə olunur. 
Belə ki, EURUSD valyuta cütlüyü keçən həftə 1.13710 səviyyəsinə qədər ucuzlaşsa da, ötən gün 1.14390 səviyyəsinə qədər bahalaşıb. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.35160 səviyyəsindən 1.35810 səviyyəsinə kimi artıb. USDJPY məzənnəsi 143.970 həddini aşağıya doğru test etdikdən sonra 145.280 həddinə qədər, USDCHF məzənnəsi isə 0.81920 həddindən 0.82410 həddinə kimi yüksəlib.
"Güvənli liman" maliyyə aləti kimi qızıl dolların bahalaşması ilə bir qədər mövqelərini itirib. Dəyərli metal ötən həftə 3403$ səviyyəsinə qədər bahalaşdıqdan sonra dəyər itirməyə başladı və 3294$ səviyyəsinə qədər ucuzlaşdı. Hazırda qızılın bir unsiyası 3314$-a ticarət olunur. "Brent" markalı neftin bir bareli isə 66.90$-a qədər yüksəlib.
Xatırlamaq lazımdır ki, cümə günü gecə Elon Mask sosial şəbəkə "X"-də bir sıra paylaşımlar edib. İş adamı paylaşdığı postlarda xüsusilə bildirib ki, Donald Tramp onun dəstəyi olmadan prezident seçkilərini uda bilməzdi. Mask, həmçinin, Trampa impiçment elan edilməsinə çağıran bir istifadəçinin paylaşımına "bəli" cavabı verib.
Öz növbəsində Tramp dövlət subsidiyalarının ləğv edilə və Maskın şirkətləri ilə olan dövlət müqavilələrinin dayandırıla biləcəyini bildirib. Buna cavab olaraq Elon Maskın sahibi olduğu "SpaceX" şirkəti "Dragon" kosmik gəmisinin istismardan dərhal çıxarılacağını elan edib.
ABŞ və Çin Londonda ikitərəfli ticarət sahəsindəki ziddiyyətlərin aradan qaldırılması ilə bağlı yüksək səviyyəli növbəti danışıqlar raundunu keçiriblər. Verilən məlumata görə, Çin nümayəndə heyətinə vitse-premyer Xe Lifən, ABŞ tərəfindən isə ticarət naziri Hovard Latnik, maliyyə naziri Skott Bessent və ticarət üzrə nümayəndə Ceymison Qrir qatılıb.
Bildirilir ki, danışıqlarda əsas diqqət tariflərə, nadir torpaq elementləri və qabaqcıl texnologiyaların ixracına qoyulan məhdudiyyətlərə yönəlib. Aprel ayında Çin hökuməti yeddi nadir torpaq elementinin ixracına nəzarəti sərtləşdirmişdi ki, bu da, ABŞ-da və bütün dünyada avtomobil istehsalında ləngimələrə səbəb olmuşdu.
Cari həftə ərzində xəbər təqvimində yer alan ən əsas məqamlar ABŞ prezidenti Donald Trampın çıxışı, ABŞ-da və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və Böyük Britaniyada açıqlanacaq ÜDM göstəriciləri olacaq. Qeyd olunan xəbərlər beynəlxalq birjalarda qiymətlərin kəskin dəyişməsinə səbəb ola bilər.
Bu həftə Birləşmiş Krallıqda, Yaponiyada və Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi, Böyük Britaniyada və Avrozonada açıqlanacaq Ticarət Saldosu və İşsizlik Səviyyəsi, eləcə də, ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdir.
EUR
Ötən həftəni 1.13910 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə artımla başlayıb.
Hazırda 1.14140 hədlərində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.15000 həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Mümkün eniş ssenarisində isə əsas dəstək həddi kimi, 1.13000 səviyyəsi çıxış edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışlarında verə biləcəyi açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
XAUUSD
Qızıl ötən həftə 3403$-a kimi bahalaşsa da, cari həftə dolların dəyərinin artması ilə yenidən 3294$ həddinə kimi ucuzlaşıb. Dünən 3338$-a kimi yenidən bahalaşan dollar bu səviyyədə möhkəmlənə bilmədi və 3302$-a qədər gerilədi. Mümkün eniş ssenarisində isə qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
Brent
"Brent" markalı neftin bir barel üçün dəyəri ABŞ və Çin arasında danışıqların Londanda davam etməsi fonunda 66.90$-a qədər bahalaşıb. Qeyd etmək lazımdır ki, qara qızıl 23 aprel 2025-ci il tarixindən etibarən ilk dəfədir ki, bu həddə qədər bahalaşıb.
 Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 11 iyun 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya kicik biznes