Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunan PMİ göstəriciləri, FED və AMB sədrləri Cerom Pavel və Kristin Laqardın çıxışları sonrası major valyuta məzənnələrində üfüqi tendensiya müşahidə olunur. 
Avrozonada və İngiltərədə proqnozları üstələyən Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricisi Amerikada ehtimal olunandan daha zəyif açıqalnadı. Belə ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi noyabrda aylıq müqayisədə 3.9 bənd azalaraq 52.1 bəndə düşüb.
Bazar gözləntiləri bu dövrdə indeksin 55.5 bəndəə çatacağı yönündə idi.
Xatırladaq ki, xidmət sektorunda iqtisadi ativliyin yavaşladığına işarə edən indeks oktyabrda 56 bənd olub.
Baş bankirlərin çıxışlarına gəldikdə isə, Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadiyyat və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən iclasında çıxış edib.
Geosiyasi mühitin sürətlə dəyişdiyinə diqqət çəkən Laqard, "İqtisadi modelimizdə mühüm struktur problemlərlə qarşılaşırıq" - deyə qeyd edib.
Laqard, Avropanın sürətli və cəsarətli hərəkət etməli olduğuna diqqət çəkərək, investisiyaların təşviqinə, innovasiyaların dəstəklənməsinə və məhsuldarlığın artırılmasına diqqət yetirməyin vacibliyini vurğulayıb.
Avrozonanın 5 rüb durğunluqdan sonra bu ilin ilk yarısında mülayim iqtisadi artım nümayiş etdirdiyini xatırladan Laqard, real artımın böyük ölçüdə ixrac və dövlət xərcləri ilə bağlı olduğunu bildirib.
FED sədri Cerom Pavel, "New York Times"-ın "DealBook Summit"-də etdiyi çıxışında ABŞ iqtisadiyyatının çox yaxşı vəziyyətdə olduğunu ifadə edərək, - "İqtisadiyyat və pul siyasəti haqqında özümü yaxşı hiss edirik" - deyə bildirib.
Faiz dərəcələri ilə bağlı çox sürətli hərəkət etdiklərini ifadə edən Pavel, işsizlik səviyyəsinin hələ də aşağı səviyyədə olduğunu və inflyasiyanın 2%-lik hədəfə düşməməsinə baxmayaraq, bu mövzuda irəliləyiş əldə etdiklərini bildirib.
Pavel sentyabr ayında faiz dərəcəsinin aşağı salınmasının əmək bazarını dəstəkləmək üçün güclü bir siqnal olduğunu ifadə edib.
FED-in müstəqilliyinin əhəmiyyətinə diqqət çəkən Pavel, Tramp idarəçiliyində FED-in müstəqilliyi ilə bağlı heç bir narahatlığının olmadığını ifadə edərək, - "Mən qəti olaraq "kölgə" FED sədrinin təyin edilməsinin masada olduğunu düşünmürəm. FED və ABŞ Maliyyə Nazirliyi arasındakı əlaqələr Tramp dövründə də davam edəcək" - deyə qeyd edib.
Bugün isə bütün diqqətlər "OPEC" toplantısına yönələcək. Çindən açıqlanan zəif iqtisadi göstəricilər, xüsusilə üfüqdə görünən ABŞ-Çin ticarət savaşları fonunda "OPEC" və "OPEC+"-dan neft hasilatı ilə bağlı hansı qərarın çıxacağı diqqətlə izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 05 dekabr 2024

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta mezennesi dollarin kursu bu gun bitkoin almaq emlak xeberleri