Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞCümə axşamı günü ABŞ-da həftəlik işsizlik müavinəti müraciətləri pronozların üzərində açıqlandı.
30 Noyabr həftəsi etibarilə İlk dəfə İşsizlik Müavinəti üçün Müraciətlərin sayı 224 min olaraq dərc edildi. Əvvəlki həftə 213 min olaraq açıqlanan məlumatlar isə 215 minə revize edildi.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞŞükranlıq həftəsində işsizlik müavinəti müraciətlərinin bir ayın ən yüksək səviyyəsinə yüksəldiyi müşahidə edildi.
Nəticədə, bugün Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə NFP hesabatı öncəsi dolların mahor valyutalar qarşısında ucuzlaşdı.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi "OPEC"-in enerji və neft nazirlərinin və Rusiyanın başçılıq etdiyi "OPEC+" ölkələrinin enerji və neft nazirlərinin bazar konyukturasını qiymətləndirmək üçün onlayn şəkildə bir araya gəldiyi 38-ci "OPEC" və "OPEC+" Nazirlər Toplantısı başa çatıb.
"OPEC"-in verdiyi açıqlamaya görə, 2025 və 2026-cı illər üçün üzv ölkələrin ümumi hasilat həcmi gündəlik 39 milyon 725 min barel olacaq.
"OPEC"-dən verilən başqa bir açıqlamaya görə, bəzi ölkələrin gündəlik könüllü olaraq tətbiq etdiyi 1.65 milyon barellik hasilat azaltmasının 2026-cı ilin dekabr ayının sonuna qədər uzadılmasına qərar verilib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman tərəfindən də könüllü olaraq həyata keçirilən gündəlik 2.2 milyon barellik hasilatın azaldılması proqramı 2025-ci ilin mart ayının sonuna qədər uzadılıb. Ölkələr 2025-ci ilin aprelindən 2026-cı ilin sentyabr ayının sonuna qədər bu əlavə könüllü hasilatın azaldılmasını tədricən aradan qaldıracaqlar.
Lakin, qərara baxmayaraq neft qiymətlərində müşahidə olunan eniş tendensiyası səngimir.
Bugün isə bütün diqqətlər Bakı vaxtı ilə saat 17:30-da Amerikada dərc olunacaq Orta Saatlıq Gəlirlər (aylıq və illik), Ümumi İsizlik Səviyyəsi və Qeyri-kənd təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı göstəricilərinə yönəlib. 
Bundan başqa,saat 14:00-da Avrozonada Ümumumdaxili Məhsulun Həcminə dair statistik rəqəmlər açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 06 dekabr 2024

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler valyuta mezennesi dollarin kursu bu gun bitkoin almaq emlak xeberleri