Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı, lakin, bir müddət sonra öz mövqelərini itirdi. Belə ki, EURUSD valyuta cütlüyü 1.0536 səviyyəsindən 1.0482 səviyyəsinə qədər ucuzlaşsa da, bugün səhər artıq 1.0508 həddinə qədər bahalaşıb. Qızılın qiyməti isə 2726$ həddindən 2700$ həddinə qədər kəskin ucuzlaşıb.
ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumata əsasən, ölkədə illik inflyasiya oktyabr ayı ilə müqayisədə noyabr ayında 2.6%-dən 2.7%-dək artıb. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi noyabr ayında 0.2%-dən 0.3%-ə qədər yüksəlib. Ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan hesablanan istehlak qiymətləri (Core CPİ) aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.3% artıblar.
Həmçinin, dünən Kanada Bankı (BoC) faiz dərəcəsi ilə bağlı qərarını açıqladı. Tənzimləyici qurum uçot dərəcəsini 3.75%-dən 3.25%-dək endirdi. Qeyd etmək lazımdır ki, BoC ardıcıl 5-ci toplantıdır ki, faiz dərəcəsini azaldıb. Avstraliyada İşsizlik Səviyyəsi isə, bugün dərc olunan məlumatlara əsasən, 4.1%-dən 3.9%-dək azalıb.
Bugün Bakı vaxtı ilə saat 17:15-də Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Analitiklər mərkəzi bankın göstəricini 3.40% səviyyəsindən 3.15% səviyyəsinə qədər endirəcəyini proqnoz edirlər. Eləcə də, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və İstehsal Qiymətləri İndeksi (PPI) göstəriciləri aşıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?