Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı günü Avropa Mərkəzi Bankının (ECB) keçirilən iclasının nəticələrinə əsasən, tənzimləyici qurum uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 3.40%-dən 3.15%-ə qədər endirilib. Qeyd etmək lazımdır ki, ECB ardıcıl dördüncü iclasında uçot dərəcəsini endirdi.
Toplantıdan sonra mətbuat konfransında çıxış edən tənzimləyici qurumun sədri Kristin Laqard qeyd edib ki, Avropa Mərkəzi Bankı inflyasiya üzərində qələbəni elan etməyə hələ hazır deyil, ona görə də, monetar siyasətin kursu məhdudlaşdırıcı olaraq qalır.
Faiz dərəcəsi ilə bağlı ECB-nin qərarı fonunda EUR/USD valyuta cütlüyündə kəskin volatillik müşahidə olunub. Belə ki, cütlük bir neçə saat ərzində 1.0464 və 1.0520 hədləri aralığında sürətli şəkildə dəyişib. EUR/GBP cütlüyündə isə məzənnə 0.8230 səviyyəsindən 0.8271 səviyyəsinə qədər bahalaşıb. Qızıl ötən gün ticarət sessiyasının əvvəlində 2726$ səviyyəsində ticarət olunsa da, gün ərzində 2675$ səviyyəsinə qədər ucuzlaşıb. Hal-hazırda isə dəyərli metal 2686$ civarında ticarət olunur.
Eləcə də, dünən İsveçrə Milli Bankı (SNB) uçot faiz dərəcəsini 50 bənd azaldaraq illik 0.5%-ə qədər endirib. ABŞ-da İstehsal Qiymətləri İndeksi (PPI) noyabr ayında illik ifadədə 3% təşkil edib. İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı isə keçən həftə ilə müqayisədə 18 min artaraq 242 minə çatıb. Yaponiyada Sənaye Sektorunda İstehsal Həcmi sentyabr ayı ilə müqayisədə oktyabr ayında 2.8% artıb.
Bugün Böyük Britaniyada açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq. Belə ki, analitiklərin proqnozlarına əsasən oktyabr ayında Birləşmiş Krallığın ÜDM-i aylıq ifadədə 0.1%, sənaye istehsalı isə 0.3% artıb. Həmçinin, İngiltərədə və Almaniyada Tİcarət Saldosu göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?