Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da statistik məlumatların proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşsa da, gün sonuna doğru öz mövqelərini itirdi.
Beynəlxalq birjalarda dollar təzyiq altında qalmaqda davam edir. Böyük Britaniyada isə ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu göstəricilərinin müsbət açıqlanması ilə funt dollar və avro qarşısında bahalaşmağa davam etdi.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞEUR/USD valyuta cütlüyü 1.0373 səviyyəsini aşağıya doğru test etdikdən sonra 1.0467 səviyyəsinə qədər bahalaşıb. GBPUSD cütlüyü cümə axşamı günü 1.2435 həddindən 1.2570 həddinə kimi yüksəlib. USD/JPY cütlüyündə isə məzənnə 154.660 səviyyəsindən 152.440 səviyyəsinə qədər kəskin ucuzlaşıb. Qızılın dəyəri artmaqda davam edir. Qiymətli metal bugün səhər 2934$ səviyyəsini test edib. 
Dünən ABŞ-ın Əmək Departamentinin dərc etdiyi məlumatlara əsasən, ölkədə İstehsal Qiymətləri İndeksi (PPI) dekabr ayında 0.5% artıqdan sonra, yanvar ayında əvvəlki ay ilə müqayisədə 0.4% artıb. Enerji və ərzaq qiymətləri istisna olmaqla hesablanan istehsal qiymətləri (Core PPI) yanvar ayında əvvəlki ayla müqayisədə 0.3% artıb. Həmçinin, ölkədə ötən həftə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 7 min nəfər azalaraq 213 min nəfər təşkil edib. İşsizlik müavinətini almağa davam edən amerikalıların sayı fevralın 1-də bitən həftədə 1.886 milyon nəfərdən 1.85 milyon nəfərə qədər azalıb. 
Eləcə də, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi 2024-cü ilin dekabr ayında 1.1% azalıb. Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) yekun məlumatlarına görə, ölkənin illik inflyasiya səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə yanvar ayında 2.6%-dən 2.3%-ə qədər geriləyib. Aylıq ifadədə göstərici 0.5%-lik artımdan sonra, yanvar ayında proqnoz olunduğu kimi, 0.2% azalıb.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, ölkə iqtisadiyyatı noyabr ayında 0.1% böyüdükdən sonra, dekabr ayında Birləşmiş Krallığın ÜDM-i 0.4% artıb. Böyük Britaniyadan dərc olunan digər məlumatlar göstərir ki, dekabr ayında Sənaye Sektorunda İstehsal Həcmi 0.5% artıb, Ticarət Saldosunun kəsiri isə 18.90 milyard funt-sterlinqdən 17.45 milyard funt-sterlinqə qədər azalıb.
Bugün Bakı vaxtı ilə saat 16:30 ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Əlavə olaraq, Avrozonada dərc olunacaq ÜDM məlumatları investorlara maraqlı ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 14 fevral 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın


iqtisadi xeberler biznes ideyalari telefonla pul qazanmaq kripto iqtisadiyyat xeberleri