Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞCümə axşamı günü Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər geriləyib.
EUR/USD valyuta cütlüyü ötən günü 1.12800 səviyyəsində ticarət olunmağa başlasa da, gün ərzində 1.13620 səviyyəsinə qədər yüksəlib. Hazırda isə məzənnə 1.13260 səviyyəsində qərarlaşıb. USD/JPY cütlüyü eniş tendensiyasını davam etdirir və artıq 143.140 həddindədir.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDolların ucuzlaşması qızılın bahalaşması isə nəticələnib. Qiymətli metal hazırda beynəlxalq birjalarda 3339$ səviyyəsində ticarət olunur. "Brent" markalı neftin bir barel üçün qiyməti ötən gün səhər saatlarından indiyə kimi 65.95$ -dan 63.95$-a qədər enib. Kapitalllaşmasına görə dünyanın ən böyük kriptovalyutası "Bitcoin" isə 112000$ həddinin üzərinə qalxmaqla yeni tarixi rekord müəyyən edib. 
ABŞ-ın Maliyyə Nazirliyi çərşənbə günü axşam saatlarında illik 5% gəlirlə 20 illik dövlət istiqrazlarını 16 milyard dollar həcmində yerləşdirdi. Bu istiqrazlara marağın zəif olması səbəbilə faiz dərəcəsi 2020-ci ildən bəri rekord səviyyəyə çatdı. Öz növbəsində, yerləşdirmədən sonra 30 illik istiqrazların gəlirliliyi 11 baza bəndi artaraq 2023-cü ilin oktyabrından bəri maksimum səviyyəyə yüksəldi.
"20 illik istiqrazların zəif hərracı bazara təzyiq göstərdi. "Moodys" agentliyi tərəfindən ABŞ-ın reytinqinin aşağı salınmasından sonra bazarda bütün həftə ərzində zəiflik müşahidə olunur. Bundan əlavə, büdcə kəsiri ilə bağlı da suallar var", - deyə ekspertlər qeyd edib. Xatırladaq ki, Konqresdə ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş vergi azaldılması ilə bağlı genişmiqyaslı layihənin müzakirəsi davam edir. 3-5 trilyon dollar həcmində vergi güzəştləri nəticəsində vergi gəlirlərinin azalması büdcəyə əlavə təzyiq yarada bilər.
Ötən gün dərc olunan məlumatlara əsasən, Böyük Britaniyada istehlak qiymətləri aprel ayında illik ifadədə 3.5% artıb. İnflyasiya mart ayında qeydə alınmış 2.6%-lik göstərici ilə müqayisədə artıb. Analitiklər isə ötən ay üçün orta hesabla 3.3%-lik qiymət artımı proqnozlaşdırmışdılar. Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi 1.2% səviyyəsində dərc olunub. Qida məhsulları, alkoqol, tütün və enerji daşıyıcıları istisna olmaqla hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (CPI Core) isə apreldə illik ifadədə 3.8%, aylıq ifadədə isə 1.4% artıb. 
"S&P Global"-ın verdiyi məlumata görə, may ayında Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 52.4 bənd səviyyəsindən 50.8 bənd səviyyəsinə qədər zəifləyib. Bugün Almaniyada açıqlanacaq sənaye və xidmət sektorlarında PMI, "IFO" biznes mühiti indeksi, Biznes Gözləntiləri İndeksi və Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi, Avrozonada və Böyük Britaniyada dərc olunacaq PMI göstəriciləri və ABŞ-da açıqlanacaq PMI, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Təkrar Mənzil Bazarında Satışların Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 23 may 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti