Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBugün Böyük Britaniyada İstehlak Qiymətləri İndeksinin dərc olunması ərəfəsində funt sterlinq dollar qarşısında bahalaşmağa davam edir.
Belə ki, GBPUSD valyuta cütlüyü ötən gün 1.33340 səviyyəsini aşağıya doğru test etdikdən sonra bahalaşmağa başlayıb və 1.34350 səviyyəsinə qədər yüksəlib. Eyni dövr ərzində EUR/USD cütlüyü 1.12230 həddindən 1.13390 həddinə kimi bahalaşıb. USD/JPY cütlüyü isə ucuzlaşmağa davam edir. Məzənnə 143.640 səviyyəsinə qədər geriləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qızılın dəyəri artır. Qiymətli metal 3205$-dan 3314$-a qədər bahalaşıb. "Brent" markalı neftin bir bareli isə dünən beynəlxalq birjalarda 64.30$-a ticarət olunurdu, bugün isə artıq 65.95$-a təklif olunur. "Bitcoin" tarixi rekord həddini yeniləməyə yaxındır. Dünyada ən böyük kapitallaşmaya malik kriptovalyutanın qiyməti 107500$-ın üzərindədir. 
Çərşənbə günü Yaponiyada açıqlanan məlumatlara əsasən, aprel ayında ölkədə Ticarət Saldosunun kəsiri 115.8 milyard yapon yeni təşkil edib. Yaponiyanın illik ifadədə idxalı 2.2% azalıb, ixracı isə 2% artıb. Eləcə də, Yeni Zelandiyanın Ticarət Saldosu aylıq ifadədə 1.426 milyon Yeni Zelandiya dollarına qədər yüksəlib. 
Bazar ertəsi axşam ABŞ prezidenti Donald Trampla keçirilmiş telefon danışığının yekunlarına dair Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, Rusiya Ukrayna ilə mümkün sülh sazişinin gələcəkdə imzalanmasına dair memorandum üzərində işləməyə hazırdır. Bu sənəd müəyyən müddətə atəşkəsin mümkünlüyünü də əhatə edə bilər. Tramp isə "Truth Social" sosial şəbəkəsində yazıb ki, Rusiya və Ukrayna tərəfləri vəziyyətin nizamlanması üzrə danışıqlar prosesinə dərhal başlayacaqlar.
Ötən gün Avstraliya Ehtiyatlar Bankı (RBA) uçot faiz dərəcəsini 3.85%-ə qədər endirib. Almaniyada isə İstehlak Qiymətləri İndeksinin 0.3% azalacağı ehtimal olunsa da, göstərici 0.6% zəifləyib. Həmçinin, Kanadada İstehlak Qiymətləri İndeksi (CPI) aprel ayında illik ifadədə 1.7% artıb. Bununla yanaşı, aylıq ifadədə CPI apreldə 0.1% azalıb, halbuki, mart ayında bu göstərici 0.3% artmışdı. Baza inflyasiya (Core CPI) ötən ay illik ifadədə 2.5%, aylıq ifadədə isə 0.5% təşkil edib.
Bugün Birləşmiş Krallıqda inflyasiyaya dair göstəricilərdən əlavə investorlar ABŞ-da dərc olunacaq kommersiya məqsədli neft ehtiyatlarına dair məlumatları və Avrozonada maliyyə dayanıqlığı hesabatını maraqla izləyəcəklər.
 Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 23 may 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti