Qlobal bazarlarda son vəziyyət günə baxış

Qlobal bazarlarda son vəziyyət günə baxışÖtən gün ABŞ-da biznes aktivliyinə dair göstəricilərin proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. Lakin, bugün səhər saatlarında ucuzlaşaraq dünən qazandığı dəyəri demək olar ki, itirdi. EURUSD valyuta cütlüyü 1.12550 səviyyəsindən 1.13210 səviyyəsinə qədər bahalaşıb. USDJPY cütlüyü isə 144.200 həddini test etdikdən sonra 143.370 həddinə qədər geriləyib. 
Qızıl biralarda digər aktivlərə artan tələb fonunda 3345$-dan 3279$-a kimi zəiflədi. Bugün isə bir qədər artım sərgiləyərək artıq 3320$ həddində ticarət olunur. Cümə axşamı günü "Brent" markalı neftin qiyməti 9 may tarixindən etibarən ilk dəfə 63$ səviyyəsinə qədər ucuzlaşıb. Lakin, gün sonuna "qara qızıl" 64$ səviyyəsində təklif olunurdu. "Bitcoin" isə 110000$ həddinin üzərinə möhkəmlənməyə çalışır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
22 may tarixində ABŞ-da dərc olunan məlumatlara əsasən, ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (Manufacturing PMI) aprel ayı ilə müqayisədə may ayında 50.2 bənd səviyyəsindən 52.3 bənd səviyyəsinə qədər yüksəlib. Ekspertlər göstəricinin əksinə, 49.9 bəndədək zəifləyəcəyini ehtimal edirdilər. ABŞ-ın xidmət sektorunda PMI-ın 50.8 bənddən 51 bəndədək artacağı proqnoz olunsa da, göstərici 52.3 bəndədək artıb və proqnozları üstələyib.
Eləcə də, Amerikanın Təkrar Daşınmaz Əmlak Bazarında Satış Həcmi aprel ayında əvvəlki ayla müqayisədə 0.5% azalaraq illik ifadədə 4 milyon ev təşkil edib. Ötən ay ABŞ-da təkrar mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb. Həmçinin, 17 mayda başa çatan həftədə ölkədə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 2 min nəfər azalaraq 227 min nəfərə qədər enib.
"S&P Global"-ın təqdim etdiyi ilkin məlumatlara əsasən, Avrozonanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) may ayında 49.5 bənd səviyyəsində açıqlanıb. Xidmət sektorunda PMI göstəricisi proqnozları doğrultmayaraq 48.9 bənd səviyyəsində dərc olunub (apreldə - 50.1 bənd, proqnoz - 50.4 bənd). Sənaye sektorundakı PMI isə 48.4 bənd təşkil edib.
Almaniyada da oxşar mənzərə müşahidə olunub. Xidmət sektorunda Biznes Aktivliyi İndeksi 49 bənddən 47.2 bəndədək zəifləyərək 49.6 bəndlik proqnoza nəzərən çox zəif açıqlanıb. Bunun əksinə olaraq, sənaye sektorunda PMI göstəricisi 48.4 bənddən 48.8 bəndədək artaraq analitiklərin ehtimalllarına uyğun nəticə verib. "IFO" Tədqiqat İnstitutunun hesabatına əsasən, Almaniyada Biznes Mühiti İndeksi may ayında 87.5 bənd səviyyəsində açıqlanıb. Aprel ayında göstərici 86.9 bənd təşkil etmişdi.
Böyük Britaniyada isə Kompozit Biznes Aktivliyi İndeksi may ayında 49.4 bənd səviyyəsində dərc olunub ki, bu da, həm əvvəlki ayın (48.5 bənd), həm də proqnozların (49.3 bənd) bir qədər üzərindədir. Xidmət sektorunda isə PMI göstəricisi 50.2 bənd təşkil edib (proqnoz - 50.0 bənd, əvvəlki - 49 bənd).
Bugün ABŞ-da açıqlanacaq Yeni Mənzil Satışlarının Həcmi və Almaniyada dərc olunacaq ÜDM məlumatları investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Əlavə olaraq, Böyük Britaniyadan və Kanadadan Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri bazar iştrakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 24 may 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti