Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqardın bazar ertəsi günü Berlində çıxışı zamanı səsləndirdiyi fikirlər fonunda avro dollar qarşısında bir qədər bahalaşdı. Lakin, bu gün səhər saatlarında ABŞ dolları öz mövqelərini qismən bərpa edə bildi. EUR/USD valyuta cütlüyü 1.14060 səviyyəsinə qədər bahalaşdıqdan sonra geriləyib və hazırda 1.13680 səviyyəsində ticarət olunur.
Bu gün Yaponiya Bankının dərc etdiyi məlumata əsasən, ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4%-ə qədər yüksəlib. Ekspertlərin proqnozu 2.3% təşkil edirdi. CPI-ın artması ilə USD/JPY cütlüyü 142.100 həddini aşağıya doğru test etdikdən sonra 143.330 həddinə kimi kəskin şəkildə yüksəlib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
ECB sədrinin səsləndirdiyi fikirlərə əsasən, Donald Trampın ziddiyyətli siyasəti avronun beynəlxalq rolu üçün "əla imkan" yaradır. Onun sözlərinə görə, bu vəziyyət, valyuta blokuna cari günədək yalnız ABŞ-a məxsus olan bir sıra imtiyazları əldə etməyə imkan verə bilər. "Əgər Avropa dövlətləri uzun müddətdir Aİ-nin iqtisadi potensialını məhdudlaşdıran problemləri həll edə bilsələr, onlar borclanma xərclərinin azalması, valyuta məzənnələrinin dəyişkənliyindən və sanksiyalardan qorunma şəklində mükafatlandırılacaqlar", - deyə Laqard vurğulayıb.
Həmçinin, Avropa İttifaqı ABŞ ilə transatlantik ticarət müharibəsinin qarşısını almaq məqsədilə danışıqları sürətləndirməyə razılaşıb. Bu qərar, ölkə prezidenti Donald Trampın bir neçə gün əvvəl Aİ-ni Amerikadan sui-istifadə etməkdə və lənglikdə ittiham etməsindən sonra verilib.
Çərşənbə axşamı günü investorların diqqət mərkəzində ABŞ-da açıqlanacaq "Conference Board" İstehlakçıların İnam İndeksi olacaq. Analitiklər göstəricinin 86 bənd səviyyəsindən 87.1 bənd səviyyəsinə qədər yüksələcəyini ehtimal edirlər. Əlavə olaraq, Almaniyada dərc olunacaq "GFK" İstehlakçı İnam İndeksi və ABŞ-da açıqlanacaq Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnsvestisiya Şirkətininanalitikləri tərəfindən hazırlanıb. / marja.az

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı
İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Proqramçılar üçün TOP-5 Freelance sayt
Fond birjası nədir?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?