Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini dəyişməmək qərarı fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, EUR/USD valyuta cütlüyü 1.15290 səviyyəsindən 1.14500 səviyyəsinə qədər geriləyib.
Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34760 həddindən 1.33870 həddinə kimi zəifləyib. FED-in açıqlamasından sonra qızılın qiyməti əhəmiyyətli dərəcədə azalıb. Dəyərli metal 3395$-dan 3363$-a qədər eniş sərgiləyib. "Brent" markalı neftin qiyməti isə Yaxın Şərqdə münaqişənin səngiməməsi və Hörmüz boğazının bağlanması ehtimalları ilə bahalaşmağa davam edir. "Qara qızıl" hazırda 77$-a ticarət olunur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
FED uçot dərəcəsini illik 4.5% səviyyəsində saxlayıb. Bu barədə çərşənbə günü başa çatan iclasın yekunlarına dair Federal Açıq Bazar Komitəsinin (FOMC) bəyanatında qeyd olunub. Faiz dərəcəsinin saxlanılması ilə bağlı qərar FOMC-nin bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib və iqtisadçıların əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb.
ABŞ mərkəzi bankının sədri Cerom Pauell çərşənbə günü başa çatan iki günlük iclasın yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, FED pul-kredit siyasətinə düzəliş etməzdən əvvəl iqtisadiyyatın mümkün inkişaf trayektoriyası ilə bağlı əlavə məlumat toplamaq üçün yaxşı mövqedədir. Onun sözlərinə görə, pul-kredit siyasəti özü də iqtisadiyyatda baş verə biləcək hadisələrə vaxtında reaksiya vermək baxımından hazır vəziyyətdədir.
"Hazırda ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilmiş idxal rüsumlarının təsirinin miqyası, davametmə müddəti və bu təsirin nə qədər vaxt çəkəcəyi çox qeyri-müəyyəndir," – deyə Pauell qeyd edib. Onun sözlərinə görə, bu il rüsumların artırılması qiymətlərin artmasına və ölkə iqtisadiyyatına təzyiq göstərməsinə səbəb olacaq. Amerika prezidenti Donald Tramp isə tənzimləyici qurum rəhbərini faiz dərəcəsinin endirilmədiyi üçün yenə tənqid edib.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da 2025-ci ilin may ayında tikintisinə başlanılan evlərin sayı əvvəlki ayla müqayisədə 9.8% azalaraq illik ifadədə 1.256 milyon təşkil edib. Bu göstərici üçün son beş ilin ən aşağı səviyyəsidir. Tikinti üzrə İcazələrin Sayı da may ayında 2% azalaraq illik 1.393 milyon təşkil edib. Bu da, eyni qaydada, son beş ilin ən aşağı göstəricisidir. Ümumilikdə, ABŞ-da may ayında tikintisinə başlanılan evlərin sayı 2024-cü ilin may ayı ilə müqayisədə 4.4% azalıb.
Həmçinin, Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 5 min azalaraq 245 minə qədər enib. 2025-ci il iyunun 7-də başa çatan həftədə ABŞ-da işsizlik üzrə müavinət almaqda davam edənlərin sayı 1.951 milyondan 1.945 milyona qədər azalıb.
Əlavə olaraq, 2025-ci ilin may ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 1.9% artıb. Beləliklə, inflyasiya apreldəki 2.2%-dən sonra zəifləyib. Aprel ayı ilə müqayisədə isə qiymətlər dəyişməz qalıb. Enerji daşıyıcıları, ərzaq məhsulları və alkoqol kimi dəyişkən komponentlər nəzərə alınmadan hesablanan əsas inflyasiya göstəricisi (Core CPI) may ayında illik ifadədə 2.3% artıb. Böyük Britaniyada isə inflyasiya may ayında illik ifadədə 3.4%-ə qədər geriləyib. 
Bu gün ABŞ-da Azadlıq Günü (Juneteenth) qeyd olunur. Bununla əlaqədar beynəlxalq birjalarda volatilliyin aşağı olması ehtimal olunur. İngiltərə Bankının (BoE) və İsveçrə Milli Bankının (SNB) faiz uçot dərəcəsi ilə bağlı bu gün açıqlanacaq qərarları investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləriu tərəfindən hazıranıb. / marja.az

Maliyyə     Tarix: 19 iyun 2025

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

"Azərlotereya" 2025-ci il üzrə maliyyə hesabatını açıqladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib. Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdə

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler bitkoin bitcoin qiymeti bitcoin birbank