Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÇərşənbə günü ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell öz çıxışında bildirib ki, Amerikanın idxal rüsumlarının inflyasiyaya təsirini proqnozlaşdırmaq olduqca çətindir. Həmçinin, FED rəhbəri etiraf edib ki, fiskal (vergi və büdcə) siyasət inflyasiyaya təsir göstərə bilər. 
Eyni zamanda, Pauellin sözlərinə görə, dollar hələ də dünya üzrə əsas ehtiyat valyutası olaraq qalır. Lakin, Pauell hazırda dolların dəyərinin çox qiymətləndirilib-qiymətləndirilməməsi barədə fikir bildirməkdən çəkindiyini qeyd edib. ABŞ prezidenti Donald Tramp isə ötən gün Pauellin yerinə yeni namizədlərlə görüşməyə başladığını bildirdi.  
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞMərkəzi bank rəhbərinin çıxışı fonunda və bu gün ABŞ-da ÜDM göstəricilərinin dərc olunması ərəfəsində dollar beynəlxalq birjalarda major valyutalar qarşısında ucuzlaşmağa davam edib. EURUSD valyuta cütlüyü dünən 1.17170 səviyyəsinə qədər bahalaşaraq 2021-ci ilin sentyabr ayından bəri ən yüksək həddə qalxıb. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.37240 həddinə kimi yüksəlib. Qızıl isə dolların dəyər itirməsi ilə 3343$ səviyyəsinə qədər artım nümayiş etdirib.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da may ayında yeni bir ailəlik evlərin satışı əvvəlki ayla müqayisədə 13.7% azalıb və 623 min təşkil edib. 2024-cü ilin may ayı ilə müqayisədə yeni evlərin satışları 6.3% enib. Həmçinin, ölkədə aprel ayı ilə müqayisədə may ayında Tikinti üzrə İcazələrin Sayı 1.422 milyondan 1.394 milyona qədər azalıb. 
Bu gün Bakı vaxtı ilə saat 16:30 açıqlanacaq ÜDM göstəriciləri ilə yanaşı, ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Ticarət Saldosu və Şəxsi İstehlak Xərclərinin Baza indeksi investorların diqqət mərkəzində olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanlı / marja.az

Maliyyə     Tarix: 27 iyun 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya kicik biznes