Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ prezidenti Donald Trampın tariflərlə bağlı çıxışı fonunda dollar major valyutalar qarşısında zəifləyib. EUR/USD valyuta cütlüyü 1.16870 səviyyəsindən 1.17490 səviyyəsinə qədər yüksəlib. GBP/USD cütlüyü isə  1.35880 həddindən 1.36420 həddinə kimi artım sərgiləyib. Buna baxmayaraq, Yapon yeni qarşısında dollar öz mövqelərini möhkəmləndirməyə bacarıb. USD/JPY cütlüyü 144.210 səviyyəsindən 146.440 səviyyəsinə qədər bahalaşaraq, artım tendensiyasını davam etdirib.
Avstraliya Ehtiyatlar Bankı (RBA) 8 iyul tarixində əsas faiz dərəcəsini 3.85% səviyyəsində saxlayıb. Qeyd etmək lazımdır ki, analitiklər göstəricinin 25 baza bəndi azaldılacağını proqnozlaşdırmışdılar. 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
RBA iclasdan sonra bildirib ki, inflyasiya riskləri ilə bağlı proqnozlar daha balanslı xarakter alıb və əmək bazarı yaxşı vəziyyətdədir. Bununla belə, tənzimləyici qurum ümumi tələbat və təklif ətrafındakı qeyri-müəyyənlik fonunda iqtisadiyyatın perspektivləri ilə bağlı narahatlığını saxlayır. Xəbərin dərc olunması ilə AUDUSD valyuta cütlüyü 0.65110 həddindən 0.65570 həddinə qədər yüksəldi.
Amerika prezidenti 1 avqust tarixindən etibarən idxala yeni tariflər tətbiq ediləcəyi barədə 14 ölkəyə məlumat verib. Trampın məktub göndərdiyi ilk şəxslər Yaponiya baş naziri Şigeru İşiba və Cənubi Koreya prezidenti Li Ce Myon olublar. ABŞ lideri bildirib ki, 2025-ci il avqustun 1-dən etibarən ABŞ bu ölkələrdən idxal olunan bütün mallara 25% tarif tətbiq edəcək.
Tramp xəbərdarlıq edib ki, əgər hər hansı bir ölkə cavab olaraq öz tariflərini artırarsa, Vaşinqton da öz tariflərini həmin ölçüdə yüksəldəcək. Bu arada, Avropa İttifaqı Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında telefon danışığından sonra ABŞ-la ticarət sazişi bağlamağa yaxındır.Tramp bazar günü bildirib ki, onun apreldə elan etdiyi "güzgü tarifləri" 1 avqust tarixindən qüvvəyə minəcək.
"Tesla" şirkətinin səhmləri, baş direktor Elon Maskın həftəsonu yeni siyasi partiya – "Amerika Partiyası" yaratdığını elan etməsindən sonra, gün sonunda 6.8% ucuzlaşıb. Tramp "TruthSocial" sosial şəbəkəsində Maskın "relstən çıxdığını" düşündüyünü yazıb. Dövlət başçısı qeyd edib ki, üçüncü partiyalar ABŞ-da heç vaxt uğur qazanmır və sistem buna uyğun deyil.
"Apple Inc."-in kapitallaşma dəyəri isə 1.7% azalıb. Bu, Trampın ticarət üzrə müşaviri Piter Navarro tərəfindən şirkətin rəhbəri Tim Kuka ünvanlanan tənqidlərlə bağlıdır. Navarroya görə, Kuk istehsalın Çindən kənara çıxarılmasını gecikdirir.
Bu gün Almaniyada Açıqlanacaq Ticarət Saldosu göstəricisi bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 08 iyul 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya kicik biznes