Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ prezidenti Donald Trampın yeni bəyanatlarının investorlar tərəfindən qiymətləndirilməsi fonunda dollar major valyutalar qarşısında bahalaşıb.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.16830 səviyyəsindən 1.17290 səviyyəsinə qədər yüksəlib. GB/PUSD cütlüyü eyni müddət ərzində 1.35250 həddindən 1.35960 həddinədək artım sərgiləyib. USD/JPY cütlüyü isə artıq 147.170 səviyyəsinə qədər bahalaşıb. 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Dolların bahalaşması ilə qızıl dəyər itirir. Belə ki, sarı metal son iki gün ərzində 3345$-dan 3285$-a kimi geriləyib. Cari həftəyə 68$ səviyyəsində başlayan "Brent" markalı neftin qiyməti bu gün 71.30$-a qədər yüksəlib. "Bitcoin" isə 107000$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır.  
"Nəhəng yeddilik" (Magnificent Seven) şirkətləri arasında "Tesla"-nın səhmləri 1.3%, "Nvidia Corp."-un səhmləri 1.1%, "Apple Inc."-in səhmləri isə 0.03% bahalaşıb. Bununla belə, "Amazon.com Inc."-in kapitallaşması 1.8%, "Alphabet Inc."-in 1.4%, "Microsoft Corp."-un isə 0.2% azalıb.
Xatırlamaq lazımdır ki, bazar ertəsi Vaşinqton bir sıra ölkələrə ABŞ-ın 1 avqust tarixindən etibarən onların mallarının idxalına yeni tariflər tətbiq edəcəyi barədə məlumat verib. Xüsusilə, Yaponiya və Cənubi Koreyadan gətirilən mallara 25%-lik tarif tətbiq olunub.
Avropa İttifaqı belə bildiriş alan ticarət tərəfdaşları arasında yer almayıb və ABŞ-la ticarət sazişi üzrə danışıqları davam etdirir. Tramp çərşənbə axşamı bildirib ki, danışıqlar yaxşı gedir, lakin əlavə edib ki, yaxın günlərdə Avropa İttifaqına da tariflərlə bağlı bildiriş göndərə bilər.
Tramp həmçinin ABŞ-a idxal olunan misə 50% tarif tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, yarımkeçirici və əczaçılıq məhsullarının idxalına da tezliklə tariflərin tətbiq olunacağını bildirib.
Çərşənbə axşamı dərc olunan məlumatlara görə, Almaniyanın ixrac həcmi may ayında əvvəlki ayla müqayisədə 1.4% azalaraq son dörd ayın minimum səviyyəsi olan 129.4 milyard avroya qədər azalıb. Analitiklər ixracın cəmi 0.2% azalacağını proqnozlaşdırmışdılar. İdxal həcmi isə 3.8% azalaraq 111.1 milyard avroya enib və son beş ayın minimumuna çatıb. Almaniyanın Ticarət Saldosu isə apreldəki 15.7 milyard avrodan may ayında 18.4 milyard avroya kimi yüksəlib.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyatlar Sisteminin Federal Açıq Bazar Komitəsi (FOMC) tərəfindən dərc olunacaq toplantı protokolları investorların diqqət mərkəzində olacaq əsas xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 10 iyul 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitkoin almaq rubl mezenne investisiya kicik biznes