Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətCari həftə ərzində geosiyasi gərginliklər ön planda olsa da, qazanclar və ABŞ-ın pərakəndə satış məlumatları istehlakçıların mövcud vəziyyətinə dair ipucları verəcək. FED sədri Cerome Pavel çıxış edərkən, Çin və İngiltərədən gələn iqtisadi məlumatlar yaxından izləniləcək.
Çərşənbə axşamı ABŞ-ın sentyabr ayı üçün pərakəndə satış rəqəmləri investorlara iqtisadiyyatın təxminən üçdə ikisini idarə edən istehlak xərclərinin gücü haqqında fikir verəcəkdir.
İqtisadçılar pərakəndə satışların keçən ay 0.2% artdığını ehtimal edirlər. Proqnozlaşdırılandan daha güclü oxunuş inflyasiyanın artacağına dair narahatlıqları gücləndirə bilər və bu, FED-in faiz dərəcələrini hələ uzun müddət daha yüksək saxlamalı olduğu fikrini də qüvvətləndirə bilər.
Qeyd edək ki, FED-in 31 oktyabr — 1 noyabr iclasında faiz dərəcələrini sabit saxlayacağı ehtimal edilir. Lakin bəzi investorlar daha bir faiz artımı ola biləcəyini düşünür.
Bazar iştirakçıları cümə axşamı günü Nyu York İqtisadiyyat Klubunda FED sədri Cerom Pavelin çıxışını yaxından izləyəcəklər.
Patrik Harker, Tomas Barkin, Nil Kaşkari, Loretta Mester və Lorye Loqan da daxil olmaqla, həftənin sonunda bir neçə regional FED sədrinin də çıxış edəcəyi gözlənilir. FED-in qubernatoru Liza Kuk və Kristofer Uoller də çıxış edəcəklər arasında yer alırlar.
Üçüncü rübdə balans hesabat mövsümü sürət yığdıqca, bir çox böyük ABŞ şirkətləri ləng birinci yarıdan sonra mənfəətin yaxşılaşacağı bir mövsümdə nəticələrini açıqlayacaq.
"Tesla" (TSLA) çərşənbə günü hesabatı ilə "megacap" şirkətləri üçün qazanc mövsümü başlayacaq. Bu şirkətlərin səhmləri bu il indiyədək birja rallisinin əsas hərəkətverici qüvvəsi olub.
"Bank of America" (BAC) və "Goldman Sachs" (GS) çərşənbə axşamı açılışdan əvvəl hesabatını yayımlayacaq. Bəzi regional banklar da həftə ərzində hesabat verəcəklər.
Digər böyük adlar arasında çərşənbə axşamı bazarın açılışından əvvəl hesabat verəcək səhiyyə nəhəngi "Johnson & Johnson" (JNJ), çərşənbə günü açılışdan əvvəl "Procter & Gamble" (PG), çərşənbə günü bağlanışdan sonra "Netflix" (NFLX) və "Philip Morris" (PM) yer alır.
Qeyd edək ki, ötən həftənin cümə günü "JPMorgan Chase" (JPM), "Wells Fargo" (WFC) və "Citigroup" (C) yüksək faiz dərəcələri ilə əlaqədar analitiklərin proqnozlarını üstələyən rüblük mənfəətlərini açıqlamışdılar.
NEFT
İsrailin Qəzza zolağında quru əməliyyatına başlaması ilə Yaxın Şərqdə münaqişələrin genişlənməsi ehtimalı investorlar tərəfindən dəyərləndirilir. Cümə günü neft təqribən, 6% bahalaşdı. Bu, "Brent" neftinin fevraldan bəri ən böyük həftəlik bahalaşması demək idi.
İsrail əsas istehsalçılarından olmaması səbəbilə Yaxın Şərqdəki münaqişə qlobal neft və qaz tədarükünə az təsir göstərdi. Lakin investorlar və bazar müşahidəçiləri münaqişənin necə genişlənə biləcəyini və bunun dünyanın ən böyük neft hasil edən regionunda yerləşən yaxın ölkələrdən gələn tədarüklər üçün nə demək olduğunu dəyərləndirməyə çalışırlar.
Qiymətləri bahalaşdıran başqa bir amil, ABŞ-ın cümə axşamı günü G7-nin təyin etdiyi qiymət limitindən - 60$-dan yuxarı olan Rusiya neftini daşıyan tankerlərin sahiblərinə qarşı ilkin sanksiyalar tətbiq etməyə başlaması və Moskvanı işğala görə cəzalandırmaq üçün nəzərdə tutulmuş mexanizmdəki boşluqları aradan qaldırmağa çalışmasıdır. 
Analitiklərin fikrincə, dünyanın ikinci ən böyük neft istehsalçısı və əsas ixracatçısı olan Rusiyadan göndərilən yüklərin ABŞ tərəfindən daha sərt təftişi təklifi azalda bilər.
XAU/USD
Qiymətli metala gəldikdə isə, ötən həftənin son günü qızılın (XAU/USD) bir unsiya üçün qiyməti 1930$-ı test etdikdən sonra, cari həftənin ilk günü 1920$-a kimi geriləyib. "Buğalar" qiyməti 1900$ həddinin üzərində saxladığı müddətdə, artım tendensiyası davam edə bilər.
16 oktyabr tarixindən başlayan xəbər təqvimində isə Amerikada dərc olunacaq Tikinti sektoru və mənzil bazarına dair statistik rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciət Edənlərinin Sayı və Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən yaxından izləniləcək.
EUR
Keçən həftənin əvvəli Avropa birjalarında alış yönümlü bir tendensiya gözə çarpsa da, həftənin ortasından sonra EUR/USD məzənnəsi 1.0640 səviyyəsində müqavimətlə qarşılaşaraq ucuzlaşmağa başladı və həftəni 1.0520 səviyyəsində tamamladı. "Buğalar" qiyməti 1.06$ səviyyəsinin üzərinə qaytara və bu həddin üstündə saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
Bu həftə isə diqqətlər çərşənbə günü Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışına və İstehlak Qiymətləri İndeksi göstəricilərinə yönəlib.
Analitiklər inflyasiya və tənəzzül dilemmasının ən çox hiss olunduğu regionun Avropa olduğunu xatırladaraq, son vaxtlar açıqlanan məlumatların regionda inflyasiya təzyiqinin zəiflədiyini göstərdiyini bildiriblər.
GBP
Çərşənbə axşamı İngiltərə məşğulluq hesabatını dərc edəcək və bir gün sonra sentyabr ayı inflyasiya rəqəmləri açıqlanacaq ki, bu da İngiltərə Mərkəzi Bankının (BoE) noyabr iclasından əvvəl sonuncu belə hesabat olacaq.
Ölkədəki inflyasiya avqust ayında proqnozlaşdırılandan daha çox geriləmədən əvvəl ilin böyük bir qismində həm analitiklərin, həm də BoE proqnozlarından yüksək açıqlanaraq gələrək bazarları yanıltdı. 
Bununla belə, hələ də BoE-nin 2% hədəfindən xeyli yuxarıdır.
Bu arada, son məşğulluq hesabatı göstərdi ki, Böyük Britaniyanın əmək bazarı soyumağa başlayır, lakin maaş artımı yüksək olaraq qalır.
Keçən ay, BoE, demək olar ki, iki il ərzində ilk dəfə faiz dərəcələrini sabit saxlamaq qərarına gəldi, dərəcələrin zirvəyə çatması ehtimalını artırdı, lakin lazım gələrsə, inflyasiyanı cilovlamaq üçün əlavə addımlar atmağa hazır olduğunu söylədi.
Ötən həftənin əvvəli 1.2340 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi artan geosiyasi risklər fonunda ucuzlaşmağa başladı və həftəni 1.2160 həddlərində bağladı. 
Əgər "buğalar" qiyməti 1.22$ səviyyəsinin üzərinə qaytara və bu həddin üstündə saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. 
Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan, Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər, eləcə də İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, əmək bazarı və pərakəndə satış dövriyyəsi kimi önəmli statistik məlumatlar və əhəmiyyətli xəbərlər təsir edə bilər. 
Məlumat İnvestAZ İnvestisuya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 16 oktyabr 2023

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler bank faizleri valyuta mezennesi biznes ideyalari online pul qazanmaq