Qlobal birjalarda və bazarlarda son vəziyyət

Qlobal birjalarda və bazarlarda son vəziyyətÖtən həftənin əvvəli ABŞ Federal Ehtiyyatlar Sisteminin, İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarlarından sonra geriləyən dollar indeksi cümə günü Amerikada dərc olunan əmək bazarı, xüsusilə də "NFP" göstəricilərinin proqnozların üzərində açıqlanması fonunda 102.60 bənd hədlərinə qədər yüksəldi. Nəticədə EUR/USD məznnəsi 1.0790, GBP/USD məzənnəsi isə 1.2050 hədlərinə qədər ucuzlaşdı.
Bu həftə İngiltərədə açıqlanacaq ÜDM-in həcmi və FED sədri Jerom Pavelin çıxışı, eləcə də, aparıcı mərkəzi bankların üzvlərinin monetar siyasətin gələcəyi ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olacaq. 
Təhlillərə əsasən "Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EUR/USD və GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər. 
EUR
Ötən həftənin cümə günü Amerikada əmək bazarı göstəricilərinin proqnozların xeyli üzərində açıqlanmasından sonra kəskin ucuzlaşan EUR/USD məzənnəsi həftəni 1.0790 səviyyəsində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.2050$ hədlərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair göstəricilər həll edici rol oynaya bilər. 
TRY
USDTRY məzənnəsi ötən həftə ərzində 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftə dollar indeksində müşahidə olunacaq tendensiya USD/TRY məzənnəsində də trendin formalaşmasına ciddi təsir edə bilər.
GOLD
Amerikada əmək bazarı göstəricilərinin dərcindən sonra DXY-ın 102.60 bənd səviyyəsinə yüksəlməsi fonunda qızıl kəskin ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edər və 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 06 fevral 2023

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler kicik biznes bitkoin qiymeti valyuta kurslari investisiya