Qlobal investisiya bankı qızılın unsiyasının 3000 dollara çatacağını gözləyir
Qlobal investisiya bankı Goldman Sachs da qızılın unsiyasının qiymətinin yeni rekord həddə çatacağı ilə bağlı proqnozunu dəyişməyib.
Marja xəbər verir ki, Goldman Sachs, mərkəzi bankların alışları və ABŞ-ın faiz endirimlərinin təsiri ilə qızıl qiymətlərinin gələn il rekord səviyyələrə yüksələ biləcəyini açıqlayıb. Bank qızılı 2025-ci ildə ən çox alqı-satqıya məruz qalacaq əmtələr sırasına daxil edib və Donald Trampın prezidentliyi dövründə qiymətlərin daha arta biləcəyini qeyd edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bankın analitikləri dərc etdikləri hesabatda 2025-ci ilin dekabrına qədər qızılın unsiyasının 3000 dollara çatmasını gözlədiklərini təkrarlayıblar. Analitiklər qızıl qiymətlərinin mərkəzi bankların yüksək tələbi ilə dəstəkləndiyini, FED-in faiz dərəcəsini aşağı salmasının da yüksəlişə səbəb ola biləcəyini vurğulayıblar.
Həmçinin Goldman Sachs bəyan edib ki, Tramp administrasiyasının ticarət gərginliyini artırması qızıl külçədə spekulyativ mövqeləri canlandıra bilər. Analitiklər ABŞ-ın maliyyə dayanıqlığı ilə bağlı artan narahatlığın mərkəzi bankların, xüsusən də daha böyük həcmdə ABŞ istiqrazlarına malik olan mərkəzi bankların daha çox qiymətli metallar almasına səbəb ola biləcəyini qeyd ediblər.
Digər əmtəələr ilə bağlı proqnozlar
Goldman Sachs 2025-ci ildə Brent markalı neftin bir barelinin 70-85 dollar arasında satılacağını proqnozlaşdırır. Bununla belə, Bank qeyd edib ki, Tramp administrasiyası İrandan neft axınını məhdudlaşdırarsa, qısa müddətdə yuxarı istiqamətli dəyişiklik ola bilər. Analitiklər həmçinin bəyan ediblər ki, ABŞ-ın İsrailə dəstəyini artırması İranın neft aktivlərinin azaldılması ehtimalını gücləndirə bilər.
Əsas metallara, xüsusən də dəmirə üstünlük verildiyini qeyd edən bank, Avropa qaz bazarının hava şəraiti səbəbindən qısamüddətli yüksəliş ilə üzləşdiyini bildirib.
Goldman Sachs-ın bu təhlilləri göstərir ki, qlobal bazarlarda qızıl və digər əmtəələrin qiymət hərəkətləri yaxından izlənilməlidir. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?