Qlobal iqtisadi artım proqnozunu aşağı salan BVF-dən böhran xəbərdarlığı
Beynəlxalq Valyuta Fondu (BVF) yüksək inflyasiya və Ukrayna müharibəsindən qaynaqlanan risklərin reallaşdığını, nəzarət altına alınmasa, dünya iqtisadiyyatını tənəzzül həddinə çatdıra biləcəyi barədə xəbərdarlıq edərək qlobal artım proqnozlarını yenidən aşağı salıb.
Marja xəbər verir ki, təşkilat 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,6 faizdən 3,2 faizə endirib.
2023-cü il üçün gözlənti 3,6 faizdən 2,9 faizə endirilib.
Təşkilat qiymətləndirməsində 2023-cü il üçün tənəzzül riskinin artdığını bildirib.
İnkişaf etmiş iqtisadiyyatlar üçün 2022-ci il üzrə artım proqnozunu 3,3 faizdən 2,5 faizə endirən BVF, 2023-cü il üçün proqnozunu da 2,4 faizdən 1,4 faizə endirib.
ABŞ iqtisadiyyatı üçün 2022-ci il artım proqnozunu 3,7 faizdən 2,3 faizə endirən BVF, Avro Bölgəsi ilə bağlı artım gözləntisini 2,8 faizdən 2,6 faizə, Böyük Britaniya iqtisadiyyatı ilə bağlı 2022-ci il üçün artım proqnozunu 3,7 faizdən 3,2 faizə endirib.
ABŞ iqtisadiyyatı üçün 2023-cü il üzrə artım proqnozunu 2,3 faizdən 1,0 faizə endirən BVF, Avro Bölgəsi üçün artım gözləntisini də 2,3 faizdən 1,2 faizə endirib. BVF, Böyük Britaniya iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunu 1,2 faizdən 0,5 faizə endirib.
İnkişaf etməkdə olan ölkələr üçün 2022-ci il üzrə artım gözləntisi 3,8 faizdən 3,6 faizə, 2023-cü il üçün proqnoz isə 4,4 faizdən 3,9 faizə endirilib. Çin iqtisadiyyatı üzrə 2022-ci il üçün artım gözləntisi 4,4 faizdən 3 faizə, 2023-cü il üçün artım proqnozunu isə 5,1 faizdən 4,6 faizə endirilib.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?