"Qol imkanlarından yararlana bilmədik" - Qurban Qurbanov
"Ağır oyun oldu. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyundan sonra bildirib.
O, müdafiədə oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib.
"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər", – deyə 50 yaşlı mütəxəssis vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" (Ağdam) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyuna çıxıb. "Qarabağ"ın rəqibi Çexiyanın "Viktoriya Plzen" klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb – 0:0.
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb