"Qutunu açıb deyirlər ki, həqiqətən, qızıldandır?" - Gömrük Komitəsindən narazılıq

Azərbaycanda iş adamı şirkətinin müsabiqədə qazandığı mükafatı alan zaman Dövlət Gömrük Komitəsi tərəfindən problemlə üzləşib.
Bu barədə şirkət rəhbəri Orxan Kərimov "Facebook" hesabında paylaşım edib. 
Onun sözlərinə görə, şirkətin adına gələn 10 mükafat üçün Bakı Karqo Terminalında saatlarla gözləyib:
"Mükafatı almağım yubandı. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirmişdi ki, yaxınlaşın, işiniz 20 dəqiqəyə həll olunacaq. Sabahın erkən saatlarından buradayam. Əgər mükafat şirkət adına gəlibsə, şirkət sahibi siz deyilsinizsə, mütləq şirkətin VÖEN sənədi yanınızda olmalıdır. Fotosu, surəti qəbul edilmir. Öncə yaxınlaşırsınız anbara, orada sizinlə birlikdə qutunu açırlar, "mükafat, həqiqətən, qızıldandır?" sualını verirlər.
Sonra isə "dəmir qapı" dedikləri yerə yaxınlaşırsınız. Gömrük əməkdaşı ilə dialoqlar sonrası mənə dedi ki, siz ancaq iki mükafatı ala bilərsiniz. Geri qalanı üçün rüsum ödəməlisiniz. Siz siz olun, iki mükafatdan çox qazanmayın. Dedim, ölkəyə "Oscar" da gəlsə, belə edəcəksiniz? Gülərək dedi, hə.
Bundan sonra brokerin yanına göndərilib bəyannamə üçün 40 AZN ödəniş etdim. Həmçinin 115 AZN rüsuma, 31 AZN isə mükafatların anbarda qalmasına görə ödədim. Bununla bitmir, daha dörd saat gözləyəcəyəm ki, bəyannaməmi kimsə sistemdə təsdiqlətsin. Ola bilər ki, sabaha qalsın".
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinin müddəalarına uyğun olaraq fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
"Eyni zamanda qeyd edirik ki, bu Qaydaların müddəalarında nəzərdə tutulan güzəştlər yalnız fiziki şəxslərə şamil olunur. Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin ünvanına beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə malların gətirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları" ilə tənzimlənir.
Gömrük məqsədləri üçün lazım olan sənədlər və məlumatlar, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlər həmin Qaydaların 2-ci bəndində öz əksini tapıb", - deyə o əlavə edib. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Oxu" / marja.az

Maliyyə     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti