Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir

Rabitəbank ®Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir. Rabitəbankın debet və kredit kartlarına tətbiq edilməsi üçün nəzərdə tutulan dizaynlar yaradıcılığı, orijinallığı və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməli və "Reklam haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olmalıdır. İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, dizayn işlərini və şəxsiyyət vəsiqələrinin ön və arxa üzlərini [email protected] e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciətlər aprelin 1-i başlayır, aprelin 30-da başa çatacaq.  
Qeyd edək ki, müsabiqədə 3 mükafat təqdim ediləcək: 

Birinci yerin qalibinə 2000 manat və 1 illik Visa İnfinite Premium debet kartı;
İkinci yerin qalibinə 1000 manat və 1 illik Kartmane MC Black Edition debet kartı;
Üçüncü yerin qalibinə 500 manat və 1 illik Kartmane debet kartı.
Qaliblərin qiymətləndirilməsi və müəyyən edilməsi peşəkar Münsiflər Heyəti tərəfindən müəyyən ediləcək və "Rabitəbank" ASC-nin rəsmi veb-səhifəsində və sosial media hesablarında elan olunacaq. Qaliblərə, həmçinin 15 gün ərzində email və ya SMS vasitəsilə məlumat göndəriləcək.
Müraciət üçün suallar yarandıqda və ya kömək üçün [email protected] və [email protected] e-mail ünvanları və ya +994512303050 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, müsabiqənin məqsədi qrafik-dizayn sahəsində istedadları aşkara çıxarmaq, perspektivli dizaynerlərin ölkədə tanıdılmasına şərait yaratmaq və bu sahəyə olan marağı artırmaqdır. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:  
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 01 aprel 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun investisiya online pul qazanmaq