"Reanda Azərbaycan" şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında görüş keçirilib - FOTOLAR
Tanınımış beynəlxalq audit şirkəti olan "Reanda Azərbaycan" MMC ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq imkanlarına həsr olunmuş ilk tanışlıq görüşü keçirilib.
FED.AZ xəbər verir ki, görüşdə qurumları təmsil edən nümayəndələr öz fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş, qarşılıqlı tanışlıq mühiti formalaşmışdır.
Müzakirələr çərçivəsində gələcək dövrdə maliyyə, marketinq və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan potensiallı bakalavr və magistr tələbələrinin şirkətimizdə çalışma imkanları, təcrübə proqramlarında iştirak, eləcə də tələbələr üçün nəzərdə tutulan güzəşt və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, "Reanda Azərbaycan" MMC Azərbaycanın audit bazarında beynalxalq brend olaraq fəaliyyət göstərir. Şirkət beynəlxalq statuslu oldğuna görə müştəri portfoliosu çox zəngindir. Bura banklar, maliyyə institutları, xidmət, inşaat, nəqliyyat sahəsi, BOKT-lar və digər müəssisə və təşkilatlar daxildir.
Xatırladaq ki, Reanda International Network Limited" brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
"Freelance" nədir?