Rəfiqə Hüseyn-zadə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildi

Rəfiqə Hüseyn-zadə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edildiRəfiqə Hüseyn-zadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.
"Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin" deyə sərəncamda bildirilir.
Bu Sərəncam imzalandığı gündən, 1 avqust tarixindən qüvvəyə minir.
Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı fakültəsini "mühəndis geoloq" ixtisası üzrə bitirib. 1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olub. 1981-ci ildə geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb.
ABŞ-ın Hyuston şəhərinin HARC elmi-tədqiqat Mərkəzində, Norveçin Tronheym şəhərində "Geolab" şirkətində və "Statoil" şirkətinin "Reserch Center" mərkəzində işləyib.
1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi "Azlab" MMC-nin Baş direktoru olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci ildən ARDNŞ-nin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.
2001-ci ildən Bakı Dövlət Universitetinin "Faydalı qazıntılar" kafedrasında dosent kimi elmi fəaliyyətini davam etdirir, 70-ə yaxın elmi məqalənin müəllifidir. "Discover Azerbaijan" kitablarının birinci və ikinci buraxılışının, eləcə də "Azerbaijan and United Kingdom 100 Years of Partnership" kitabının həmmüəllifidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Tərəqqi" medalına və "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür. / banker.az

Xəbərlər     Tarix: 01 avqust 2023

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler biznes krediti valyuta kurslari bitkoin almaq iqtisadiyyat xeberleri