"Rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır"
"Maliyyə-bank sistemində yeni rəqəmsal dövrün başlanılmasında həlledici rol oynayacaq rəqəmsal bankların yaradılması diqqət mərkəzində saxlanılmalıdır. Bununla əlaqədar olaraq qanunvericilik islahatlarının aparılması təmin edilməlidir".
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "FİNTEX SAMMİT 2025" sammitində çıxışı zamanı bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O qeyd edib ki, rəqəmsal bankçılıq qanunvericiliyinin formalaşdırılması fintexlərin maliyyə sistemində fəaliyyətinin daha da genişlənməsində əlverişli zəmin formalaşdıracaqdır.
ABA-nın prezidenti bildirib ki, Mərkəzi Bank tərəfindən istismara veriləcək açıq bankçılığa əsaslanan mərkəzləşdirilmiş infrastruktur açıq maliyyə yanaşmasının daha da dərinləşməsinə və uğurla tətbiqinə imkan verməlidir: "Məhz açıq maliyyə yanaşması maliyyə ekosistemində hörümçək toru prinsipi əsasında qarşılıqlı inteqrasiyalaırn dərinləşməsinə, ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını qarşılayacaq xidmətlərin təqdim edilməsinə təkan verəcəkdir."
Zakir Nuriyev çıxışına belə davam edib: "Hesab edirik ki, rəqəmsal transformasiya dövründə istehlakçı ehtiyaclarını qarşılayacaq məhsul və xidmətlərin təqdim edilməsi, açıq maliyyə yanaşmasının daha uğurlu tətbiqi üçün məhz dövlət qurumlarında toplanılan məlumatlara çıxış təmin edilməlidir. Hazırda bu istiqamətdə aparıcı kommersiya bankları, Mərkəzi Kredit Burosu və Azərbaycan Respubikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nümayəndələrindən ibarət işçi qrupu formalaşdırılmışdır. Burada əsas məqsəd dövlət qurumlarında mövcud olan paylaşıla bilinəcək və maliyyə ekosisteminin üzvlərinə lazm olan məlumatlara effektiv və təhlükəsiz çıxışın təmin edilməsidir". / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?