Rublun zəifləməsi fonunda Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 25%-ə yüksəldəcəyi gözlənilir

Rublun zəifləməsi fonunda Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 25%-ə yüksəldəcəyi gözlənilirRusiyanın valyuta bazarında baş verən son hadisələr analitikləri uçot dərəcəsi ilə bağlı proqnozlarını dəyişməyə məcbur edir. Marja.az-ın məlumatına görə, onlardan bəziləri etiraf edir ki, Rusiya Mərkəzi Bankı dekabrın 20-də keçirəcəyi iclasda uçot dərəcəsini 21%-dən 25%-ə qaldıra bilər. Rublun zəifləməsi idxalı bahalaşdıracaq və bu, artıq illik ifadədə 8,78%-ə qədər sürətlənmiş inflyasiyaya töhfə verəcək.
"Alfa-Bank"ın baş iqtisadçısı Natalia Orlova qeyd edib ki, ilin sonuna 8,5% inflyasiya proqnozu ilə 23% uçot dərəcəsi gözlənilirdi. Hazırda qiymət artımının trayektoriyası 10% səviyyəsinə doğru gedir. 25% uçot dərəcəsi valyuta bazarını sabitləşdirən amilə çevriləcək və rublun cəlbediciliyini dəstəkləyəcək.
"Alfa Capital Management" Şirkətinin maliyyə bazarlarının və makroiqtisadiyyatının təhlili üzrə direktoru Vladimir Bragin razılaşır ki, 25% nisbəti "yaxşı ola bilər". Onun sözlərinə görə, "rublun zəifləməsi inflyasiyanı daha da sürətləndirə bilər".
"Region" şirkətlər qrupunun Analitika departamentinin direktoru Valeri Veysberq hesab edir ki, dekabrda keçiriləcək növbəti iclasda Mərkəzi Bank uçot dərəcəsini 21%-dən 22%-ə, 2025-ci ilin birinci rübündə isə 23%-ə qaldıracaq.
27 noyabr 2024-cü il tarixində Rusiyanın milli valyutası dollar, avro və yuana nisbətdə sürətlə ucuzlaşıb. Forex bazarında dollar 114,5326 rubla çatıb.
Həmçinin oxu
Rusiya valyutasının çöküşünün davam edəcəyi gözlənilir
Rublun zəifləməsi fonunda Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 25%-ə yüksəldəcəyi gözlənilirRusiya Mərkəzi Bankının Maliyyə Siyasəti Departamentinin direktoru Kiril Tremasov bəyan edib ki, ölkədə inflyasiya ilin sonunda hədəflənmiş 8,5 faiz səviyyəsini keçə bilər və buna görə də gələn ay siyasət faiz dərəcəsini artıra bilərlər.
Tremasov Rusiyanın Perm şəhərində keçirilən tədbirdəki çıxışında Rusiya Mərkəzi Bankının ilin sonuna inflyasiya hədəfinin 8-8,5 faiz olduğunu bildirib. Oktyabr ayı üçün əldə etdikləri məlumatlara görə inflyasiyanın sözügedən səviyyənin yuxarı həddinə yaxınlaşdığını qeyd edən Tremasov, "İnflyasiyanın rəsmi proqnozlarımızdan daha yüksək olması ehtimalını gözardı etmək olmaz" deyib.
Sözügedən vəziyyətin xalqın inflyasiya gözləntilərinə mənfi təsir etdiyini və bunun qəbuledilməz olduğunu qeyd edən Tremasov, "Belə olan halda, Mərkəzi Bank ən qısa zamanda qiymət sabitliyini təmin etmək və inflyasiyanı hədəflənən səviyyəyə qaytarmaq üçün əlindən gələni etməyi hədəfləyir" deyib.
Davamlı sanksiya narahatlıqları və valyuta məzənnələrindəki dalğalanmaların da inflyasiya təzyiqi yaratdığına diqqət çəkən Tremasov, "Qiymət sabitliyini təmin etmək üçün uzunmüddətli sərt pul siyasəti lazımdır. Mərkəzi Bankın dekabr iclasında siyasət faizinin daha da artırılmasını nəzərdən keçirəcəyinə şübhə yoxdur",- bildirib.
Oktyabrın 25-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 2 faiz bəndi artıraraq 21 faizə çatdırıb ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.

Maliyyə     Tarix: 29 noyabr 2024

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq telefonla pul qazanmaq biznes krediti