Rusiya bankından Azərbaycan Mərkəzi Bankının növbəti faiz qərarı ilə bağlı proqnoz

Rusiya bankından Azərbaycan Mərkəzi Bankının növbəti faiz qərarı ilə bağlı proqnozAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iyulun 29-u keçiriləcək iclasında pul-kredit siyasətinin sərtləşdirilməsi üzrə fasilə uzadılacaq və təkrar maliyyələşmə dərəcəsi 7,75% səviyyəsində saxlanılacaq.
Bunu Rusiyanın "Qazprombank" bankının Təhlil şöbəsinin müdir müavini, MDB-nin baş iqtisadçısı Gülnarə Xaydarşina deyib.
O, bu qərarın lehinə olan aşağıdakı dəlilləri göstərib:
- milli valyutada depozitlərin sabit dinamikası və dollarlaşma səviyyəsi;
- qeyri-monetar antiinflyasiya tədbirləri hesabına istehlak qiymətlərinin artımının sabitləşmə əlamətləri;
- daxili valyuta bazarında sabit vəziyyət.
"AMB-nin apreldə keçirilmiş və təkrar maliyyələşmə dərəcəsinin 7,75% səviyyəsində saxlanıldığı əvvəlki iclasdan sonra risklər balansında ciddi dəyişikliklər baş verməyib və o, əvvəlki kimi inflyasiyanın sürətlənməsi istiqamətində hərəkət edib. İyun ayında istehlak qiymətlərinin indeksi AMB-nin hədəf diapazonunun xaricində qalaraq (4%+/-2 faiz bəndi) yuxarı həddi 820 baza bəndi, təkrar maliyyələşmə səviyyəsini 645 baza bəndi üstələyib. AMB-nin iyun iclasında bildirilmişdi ki, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi artmaqda olsa da, cari əməliyyat hesabının müsbət saldosu və nominal valyuta məzənnəsinin artması idxal edilən inflyasiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Faiz dərəcəsində əvvəlki artımlar, manatın mübadilə məzənnəsinin sabitliyi və hökumətin həyata keçirdiyi qeyri-monetar antiinflyasiya tədbirləri inflyasiya risklərinin qarşısını alır", - "Qazprombank"ın iqtisadçısı deyib.
Aşağıda təkrar maliyyələşmə dərəcəsinin dəyişdirilməməsi haqqında qərarın lehinə olan dəlilləri daha ətraflı təqdim edirik.
Onun fikrincə, mənfi real dərəcəyə baxmayaraq, dollarlaşmanın əhəmiyyətli artım əlamətləri müşahidə olunmur, manatda saxlanılan depozitlərin dinamikası isə sabit olaraq qalır. AMB-nin məlumatlarına görə, may ayında əhalinin milli valyutadakı əmanətləri bir qədər (-1,9% ay/aya) azalıb, lakin ilin əvvəlindən 14,2%, yaxud 31,4% il/ilə artıb.
"Yüksək xarici risklərə baxmayaraq, pərakəndə depozitlərin dollarlaşması may ayında bir qədər artıb (41,2%-dək), lakin mart ayında qeydə alınmış maksimumdan 1,1 faiz bəndi aşağı olub.
Xatırladım ki, aparıcı reytinq agentlikləri depozitlərin dollarlaşmasını Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri kimi göstərir. Buna görə də, hesab edirik ki, dollarlaşmanın aşkar yüksəliş trendinin olmaması AMB-yə faiz dərəcələrinin artırılması ilə bağlı fasiləni uzatmağa və hökumətlə birlikdə qeyri-monetar antiinflyasiya tədbirlərinə köklənməyə imkan verir", - o deyib.
G.Xaydarşinanın sözlərinə görə, manatda depozitlərin müsbət dinamikası fonunda faiz dərəcəsinin olduğu kimi saxlanması haqqında qərar və dollarlaşmanın kəskin artımı ilə bağlı tendensiyanın olmaması Azərbaycanın suveren reytinqlərinə və avroistiqrazlarına təzyiq göstərməyəcək.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report

Maliyyə     Tarix: 28 iyul 2022

Oxşar xəbərlər

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari