Rusiya enerji sektoruna Şərqdən zərbə
Cənubi Koreya, Yaponiya və Tayvan Rusiyadan kömürdən imtina etməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Məlumata görə, Yaponiya və Tayvan Rusiyadan kömür tədarükünü sürətlə kəsir. Yaponiya 8,4 milyon ton kömür alıb ki, bu da bir il əvvəlkindən 25 faiz azdır. Tayvan kömür idxalını 4,4 milyon tona qədər, yəni 33,3 faiz azaldıb. Cənubi Koreya isə cəmi 12,8 milyon (üç faiz azalma) idxal edib.
Rusiyada kömür sənayesinin inkişafı strategiyası ən pis ssenarilərdə belə Şərqi Asiya ölkələrinə tədarükün 2018-ci ildəki 84 milyon tondan 2035-ci ilə qədər 123 milyon tona yüksəlməsini nəzərdə tuturdu. Yaponiya isə ümumiyyətlə Rusiya kömürünün idxalını tamamilə qadağan etməyi planlaşdırdığını indidən bəyan edib. Cənubi Koreya Rusiyadan asılılığını azaltmaq üçün Avstraliyadan tədarükü 1,5 dəfə artırmaq istəyir. Tayvanın dövlət enerji şirkəti "Taipower" yeni kömür sövdələşmələri bağlamaq niyyətində deyil.
Qeyd edək ki, Yaponiya və Cənubi Koreya tarixən Rusiyanın termal və kokslaşan kömürünün ən böyük istehlakçıları sayılıblar.//Musavat.com

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
ZARA-nın uğur hekayəsi
İnstaqramda biznes qurmağın yolları
Necə Bitcoin almaq olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dropshipping nədir?