Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rusiya Mərkəzu Bankından verilən açıqlamada, iqtisadiyyatda balanslı artım prosesinə yaxınlaşıldığı qeyd edildi.
Qiymət artımlarının, birdəfəlik amillərin təsiri ilə sürətlənməsindən sonra yenidən yavaşladığına işarə edilən açıqlamada, bu amillərin təsiri tamamilə sona çatdıqda inflyasiyada azalma prosesinin yenidən başlayacağı bildirildi.
Mövcud pul-kredit siyasəti çərçivəsində inflyasiyanın bu il 4,5-5,5 faiz səviyyəsinə geriləməsinin gözlənildiyi qeyd edilən açıqlamada, "Rusiya Mərkəzi Bankı, uçot dərəcəsini 50 baza bəndi azaldaraq 15 faizə endirmək qərarı verib" qeyd olunub.
Açıqlamada, inflyasiyanın ilin ikinci yarısında 4 faiz səviyyəsində sabitləşməsinin gözlənildiyi bildirilib.
İllik inflyasiya hədəfi 4 faiz
Rusiya Mərkəzi Bankı, Rusiya-Ukrayna Müharibəsinin başlamasından dərhal sonra uçot dərəcəsini 20 faizə yüksəltmişdi. Pul siyasəti faizi 2023-cü ilin sonundan 2024-cü ilin iyul ayının sonuna qədər 16 faiz səviyyəsində saxlanılmış, 2024-cü ildə ardıcıl 4 faiz artımı həyata keçirilmişdi.
Bank, 2025-ci ilin iyun ayında keçirdiyi iclasda, 2022-ci ilin sentyabr ayından bu yana ilk dəfə uçot dərəcəsini endirərək 21 faizdən 20 faizə, ilin sonuna qədər isə 16 faizə və ötən ay keçirilən son iclasda 15,5 faizə qədər endirmişdi.
Bank, təxminən 6 faiz səviyyəsində olan illik inflyasiyanı 4 faizə endirməyi hədəfləyir. / marja.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?