Rusiyada "Google", "Android" və "iOS" da bloklanacaq
Rusiyada tezliklə "Google", "Android" və "iOS" da bloklana bilər.
Bu barədə Dövlət Dumasının deputatı Aleksey Didenko deyib.
Onun sözlərinə görə, dövlət qulluqçuları və məmurlara, xüsusən məxfi məlumatlara girişi olanlara artıq çoxdan bu platformalardan istifadə qadağan edilib.
"Bu, bizim təşəbbüsümüzlə baş verməyəcək", – o deyib.
Didenko bunların öz şəxsi proqnozları olduğunu əlavə edib.
Qeyd edək ki, ötən gün Rusiyada internet istifadəçiləri "YouTube" platformasının fəaliyyətində kütləvi fasilələr olduğundan şikayət ediblər. Rusiya XİN vətəndaşları "YouTube"dan imtina etməyə, əvəzində analoji yerli platformalardan istifadə etməyə çağırıb. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd