Rusiyada taxıl üçün ixrac rüsumunun artırılması Azərbaycana necə təsir edəcək?

Rusiyada taxıl üçün ixrac rüsumunun artırılması Azərbaycana necə təsir edəcək?Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalatçısıdır. Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 % artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 % artırılaraq 2 min 495,3 rubl olub.
Rusiyadakı dəyişiklik Azərbaycanda buğda, arpa, qarğıdalı və onlardan hazırlanan məhsulların qiymətinə necə təsir edəcək?
Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov açıqlamasında deyib ki, Azərbaycanda taxıl məhsullarının qiyməti qismən artacaq:
"Bu, ciddi təsir olmayacaq. Rusiyadan Azərbaycana həm hazır un məmulatları, həm də yem qatqıları daxil olur. Odur ki, istehlak bazarımıza təsir göstərə biləcək kifayət qədər əsas xammal ehtiyatlarımız var. Bu il dəmyə ərazilərdə, xüsusən Şəki, Aran Qarabağda taxıl məhsullarının istehsalında problemlər oldu. O da quraqlıqlarla bağlı idi. Azərbaycanda arpa məhsullarının istehsalı əsasən bu bölgələrin payına düşür. Arpa məhsullarının 1 kiloqramının bugünkü pərakəndə satış qiyməti 0,4-0,42 manat təşkil edir. Ancaq intensiv heyvandarlıqda da bu gün yem tələbatının azalması müşahidə edilir. Bu da bir çox yeni müasir intensiv heyvandarlıq komplekslərinin tam gücü ilə işləməməsi, bəzi yerlərdə istehsal prosesinin dayandırılması ilə əlaqədardır".
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov qeyd edib ki, Rusiya taxıl məhsulları üzrə ixrac rüsumlarının artım tendensiyasını davam etsə, bu, bizim bazara da təsir edə bilər.
Qiymət artımı istehsalçılarımız üçün faydalıdır
X. Məmmədov qeyd edir ki, bu il qiymətlərin aşağı olduğu üçün istehsalçılarımız çox çətin vəziyyətə düşüb: "Dünyada logistika prosesi pozulub, yanacaq-sürtgü materiallarının, gübrələrin, toxumların qiyməti kəskin artıb. Bu, Azərbaycanda həm təchizatçıları, həm də istehsalçıları çətin vəziyyətə salıb. Məhsulun maya dəyəri əhəmiyyətli dərəcədə yüksəlib və idxal malları ilə müqayisədə baha olduğu üçün yerli istehsalçılar rəqabət apara bilmir. Rusiyada ixrac rüsumlarının artırılmasından sonra Azərbaycanda da buğda, arpa və qarğıdalının idxal qiymətinin qalxması gözlənilir. Bu artım bizim istehsalçılara müsbət təsir edə bilər".
Un və un məmulatları bahalaşmayacaq
Onun sözlərinə görə, Azərbaycanda arpanın qiymətində artım var, amma buğda və qarğıdalının qiymətində yoxdur.
"Ola bilər Rusiya hökumətinin yeni qərarı yaxın zamanlarda onların da qiymətinə təsir etsin. Bu dəyişikliyin ölkəmizdə un və un məmulatlarının qiymətinə təsir edəcəyini düşünmürəm. Çünki daxili bazarda kifayət qədər xammal ehtiyatımız var. Rusiya ixrac rüsumlarını tez-tez azaldır və ya artırır. Bu qərar da müəyyən bir dövr üçündür. Onun ölkəmizdəki qiymətlərə təsirinin uzunmüddətli olacağını hesab etmirəm".
© Report

Maliyyə     Tarix: 24 avqust 2023

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun