Rusiyada xarici valyutaların məzənnələri nisbətən sakitləşib
Moskva birjasında dolların məzənnəsi 97 rubl ətrafında dəyişir.
Marja.az xəbər verir ki, ticarətin açılışında dollar/rubl məzənnəsi 96,8 rubl əşkil edib. Sonra məzənnə 0,37% artaraq 97,4 rubl olub. Avro isə 0,36% artaraq 106,3 rubl, yuan 0,41% bahalaşaraq 13,3 rubl təşkil edib.
Rubl ötən günlərki enişdən sonra bir qədər möhkəmlənib. Avqustun 14-də dollar yenidən 100 rublu keçmişdi. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 3,5 faiz bəndi artıraraq 12%-ə çatdırmaq qərarından sonra Rubl bahalaşıb. Mərkəzi Bank inflyasiyaya meylli risklərin güclənəcəyi təqdirdə uçot dərəcəsini yenidən artıra biləcəyini etiraf edib. Həmçinin, Rusiyada şirkətlərin ixrac gəlirlərinin məcburi satışı variantı da müzakirə olunur.
Dünən Bloomberg müzakirələrlə tanış olan mənbələrə istinadən yazır ki, Rusiya rublun ucuzlaşmasının qarşısını almaq üçün kapitala nəzarəti qismən bərpa edə bilər. İxrac gəlirlərinin satışını məcburi etmək təklifi bazar ertəsi hökumətlə ixracatçılar arasında keçirilən görüşdə müzakirə edilib. Bloomberg Rusiyada kapitala nəzarətin müzakirə edildiyi barədə məlumatı dərc etdikdən sonra dollar 2 rubldan çox dəyər itirib.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?