Rusiyadan Çinə 2027-ci ilə qədər qaz tədarükü başlayacaq
Rusiyadan Çinə 2027-ci ilə qədər "Uzaq Şərq" marşrutu ilə qaz tədarükü başlayacaq.
Bu barədə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib.
Miller bəyan edib ki, Çin Rusiya qazının "Sibirin Gücü" vasitəsilə tədarükünü daha da artırmaq imkanını nəzərdən keçirir.
"Qazprom" Çinə "Sibirin Gücü" qaz kəmərinin tam istifadəyə verilməsi perspektivləri barədə məlumat verib. Boru kəməri tam gücə çatdıqdan sonra şirkət Çinin ən böyük qaz tədarükçüsü olacaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaaqiyn Xürelsux ilə görüşdə Monqolustan ərazisindən keçərək Çinə çatacaq "Sibirin Gücü 2" qaz kəmərinin tikintisinin yaxşı templə davam edəcəyinə əmin olduğunu bildirib. / banker.az

Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
"Moody’s" ABB-nin kredit reytinqini təsdiqləyib
Dünyada ən çox oxunan 5 kitab
ZARA-nın uğur hekayəsi
İnstaqramda biznes qurmağın yolları
Cash Back nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət