Rusiyanın ticarət limanlarının fəaliyyəti müharibədən əvvəlki səviyyəyə çatdı

Rusiyanın ticarət limanlarının fəaliyyəti müharibədən əvvəlki səviyyəyə çatdıRusiyanın üç ən böyük ticarət limanının Sankt-Peterburq, Vladivostok və Novorossiyskdəki fəaliyyəti beynəlxalq sanksiyalara və rublun zəifləməsinə baxmayaraq, demək olar ki, ikiqat səviyyəyə qayıdıb.
KONKRET.az xəbər veir ki, bu barədə Kil Universitetinin Dünya iqtisadiyyatı institutunun hesabatında deyilir.
Hesabat müəllifləri limanların fəaliyyətini onlara gələn konteyner gəmilərinin sayına görə qiymətləndirib. Sankt-Peterburqda Rusiya işğalından sonra nəqliyyatın həcmi 90 faiz azalsa da, son həftələrdə kəskin şəkildə artıb. Sənəddə qeyd olunduğuna görə, tədqiqatçılar gəmilərin haradan gəldiyini bilmirlər, lakin bunu "Rusiyanın dünya ticarətinə qayıdışı" kimi qiymətləndirirlər.
Rusiya bazarında mövcud olan təxminən 20 əsas beynəlxalq xətdən 14-ü Rusiyada tammiqyaslı işğalın başlanmasından sonra gedib. Bununla belə, Rusiya limanlarının ümumi yük dövriyyəsi 2022-ci ildə artıb və 2023-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 10,5 faiz artaraq 453,3 milyon tona çatıb.
Rusiyanın işğalçı hərəkatı başlayandan bəri Moskvaya qarşı 13 mindən çox sanksiya tətbiq edilib. Rusiya hakimiyyəti iqtisadiyyatın sürətli artıma keçdiyini iddia edir. Rəsmi Moskvanın bildirdiyinə əsasən, 2022-ci ildə ÜDM 2,1 faiz azalsa da, 2023-cü ilin ikinci rübündə 4,6% artıb. İqtisadçılar bunu ilk növbədə hərbi xərclərin və hərbi sənayenin artması, enerji daşıyıcılarının yüksək qiymətləri və Mərkəzi Bankın yumşaq pul siyasəti ilə izah edirlər.
Bununla bərabər Qərb ölkələri sanksiya təzyiqlərini davam etdirəcəklərini vəd edirlər. Rusiya iqtisadiyyatı rekord işçi çatışmazlığı, artan büdcə xərcləri və yüksək inflyasiya ilə üzləşir. Avqustun ortalarında Bloomberg Economics ekspertləri Rusiyada altı ay ərzində tənəzzül ehtimalının 6 faizdən 21 faizə yüksələcəyini yazıblar.//Musavat.com

Xəbərlər     Tarix: 10 sentyabr 2023

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler biznes krediti birbank rubl mezenne bitkoin almaq